«AtaSığorta» Dövlət Neft Fondunun keçirdiyi tenderdə qalib oldu
Tarix: 07.01.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Rəsmi məlumata görə, “AtaSığorta” ASC Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasının sığortalanması üzrə açıq tenderin qalibi elan edilib. Ölkənin iri sığorta şirkətlərinin qatıldığı bu tender lotlar - inzibati binanın icbari sığortalanması, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Azərbaycan Dövlət Neft Fondunun əmlakının könüllü sığortalanması üzrə keçirilib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 2014-cü il dekabrın 29-da açılışında iştirak etdikləri Dövlət Neft Fondunun yeni inzibati binası Heydər Əliyev prospektində yerləşir.
24 mərtəbəli binanın hündürlüyü 140 metrdir, interyerinin dizaynı Azərbaycanın doqquz xalçaçılıq məktəbinin elementləri daxil olan üslubda yerinə yetirilib. Binanın bütün otaqları yüksək texnologiyaların ən son nailiyyətlərinə əsaslanan avadanlıqla təchiz olunub. Burada ilk dəfə binanın unikal intellektual idartəedilməsi sistemi həyata keçirilmişdir ki, burada insanların iştirakı minimuma endirilmişdir – bütün texnoloji proseslər, təhlükəsizlik məsələləri, informasiya texnologiyaları, ventilyasiya və ekoloji məsələlər mərkəzləşdirilmişdir. Bina “yaşıl bina”nın ən müasir tələblərinə cavab verir.
“AtaSığorta” ASC-nin İdarə heyətinin sədri Müseyib Əliyevin qeyd etdiyi kimi, “Bizim şirkət üçün obyektiv rəqabət şəraitində keçən bu məsuliyyətli tenderdə qələbə şirkətimizin düzgün institusional inkişafının, həm iri korporativ müştərilər, həm də dövlət müəssisələri tərəfindən etibarın artmasının əksidir, həmçinin əsas əməliyyat bölmələrinin – anderaytinqin, təkrarsığortanın, marketinqin və s. dəqiq və peşəkar işinin göstəricisidir.”
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info