“Ən acı məğlubiyyətim Dünya Çempionatında oldu”
Tarix: 07.01.2015 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


London Olimpiya Oyunlarının gümüş mükafatçısı Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Azərbaycan Güləş Federasiyasının yeni layihəsi olan “Təkbətək söhbət” rubrikasının qonağı olub. Qadın güləşçilərdən ibarət millimizin üzvü Mariya Stadnik “Niyə məhz güləşi seçmisiniz” sualına cavabında bildirib ki, onun yaşadığı kənddə rəqs dərnəyi ilə güləş idman növü vardı.
Fiziki cəhətdən güclü olduğu üçün Mariya Stadnik məhz güləşə yazılmağa qərar verir. O bildirib ki, digər idman növlərindən futbolu, boksu və gimnastikanı çox xoşlayır. Ən çox bəyəndiyi Azərbaycan xörəyi plovdur. Onun həyat devizi belədir: əgər insan öz üzərində çalışırsa o artıq yüksəkdədir. M.Stadnik ən acı məğlubiyyətindən də danışıb: “Ən acı məğlubiyyətim Dünya Çempionatında oldu. Çünki Dünya Çempionatında mən rəqibimdən güclü olduğumu bilirdim. Sadəcə, mənim oyunun keçirildiyi gün fiziki cəhətdən nasaz olmağım məğlubiyyətlə nəticələndi. Əvvəllər məğlubiyyətimlə barışmırdım. Çox emosional olurdum. İndi isə sadəcə ağlayıram və səhvlərimi başa düşürəm”. Mariya Stadnik Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən da danışıb. Vurğulayıb ki, dövlət başçısı ilə görüş onun üçün çox xoş olub: “Onun hər gün gərgin işi ilə yanaşı, idmançıları da yada salması, onlarla görüşməsi, hətta hamının adını bilməsi mənim heç vaxt yadımdan çıxmayacaq. Belə şəxsiyyətlərlə yaxından görüşmək mənim üçün qürürvericidir. Məncə, hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Bu, mənim də arzumdur. Gənclərə məsləhətim odur ki ilk növbədə sağlamlıqlarının qeydinə qalsınlar”. Qeyd edək ki, Mariya Stadnik 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində qazaxıstanlı rəqibi Tatyana Bokatyuku 6:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. 2012-ci ildə London Olimpiadasının gümüş medalını qazanıb. O, Azərbaycanın ilk Olimpiya medalı qazanmış qadın güləşçisidir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info