“Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim“
Tarix: 07.01.2015 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


“Qəbələ”nin düşərgəsində olduğum qısa müddətdə, həqiqətən də, çox xoş təəssüratlarım formalaşıb. Yeni komandamda çox isti qarşılandım . Sanki neçə ildir bu komandada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var. “Qəbələ”nin legionerləri ilə də rəqib kimi qarşılaşdığım vaxtlardan xoş ünsiyyətim olub. Bu üzdən də mənim üçün uyğunlaşmaq çox rahat oldu. Hazırlıqlarımız plan üzrə gedir, hamı öz ideal formasına düşməyə çalışır. Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb. Oyunçunun özü çalışmalıdır ki, buradakı yerini qazanıb, onu qorusun. Mən də əlimdən gələni edəcəyəm ki, əsas heyətdə möhkəmlənim və komandanın uğurları üçün çalışım".
Bu sözləri "Qəbələ"nin yeni transferi Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib: O, Antalya toplanışındakı hazırlıqlar və baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini bildirib: “Komandanın mövsümün ikinci yarısına hazırlaşması üçün hər cür şərait yaradılıb. Türkiyənin ən yaxşı otellərindən birində məskunlaşmışıq. Toplanışın ilk günlərində əsasən fiziki hazırlıqlara üstünlük verilib. Hər şey məşqçinin tərtib etdiyi proqram üzrə gedir. Bütün futbolçular da canla-başla çalışır. Əlimizdən gələni edirik ki, daha yaxşı formada olaq və “Qəbələ” uğurlu nəticələrlə layiq olduğu pillələrdə qərarlaşsın. Komandamızın çempionatı uğurla başa vurması üçün əlimizdən gələni edəcəyik. Hələ taktiki çalışmalara başlamadığımızdan baş məşqçimiz Roman Qriqorçukun hansı oyun sisteminə üstünlük verəcəyini deyə bilmərəm. O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib, bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info