Ermənipərəst konqresmenə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb
Tarix: 07.01.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb. “Trend”in məlumatına görə, M.Qrim ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupunun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə ölkəmizin maraqlarına qarşı fəaliyyətlərdə aktiv şəkildə iştirak edib.
O, həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün fəal şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri olub. Qeyd edək ki, 30 dekabr 2014-cü il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü M.Qrim istefa verdiyinə dair açıqlama verib. Konqresmen M.Qrim ABŞ qanunverici orqanına seçilməmişdən öncə 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu Yorkdakı ABŞ federal qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri - vergidən yayınma məsələsi ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M.Qrim istefa verməyə məcbur olub.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info