“Beynəlxalq rəqabətə davamlı gənclər yetişdiriləcək”
Tarix: 07.01.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“2014-cü il bir çox uğurları ilə yadda qalsa da, 2015-ci ilin hədəfləri hər zamankı kimi Azərbaycan adına daha böyük uğurlar gətiriləcəyinə inanıram. Bir neçə il bundan öncə cənab prezident tərəfindən imzalanmış məhz gənclərin inkişafına yönəlik bir çox proqramlar mövcuddur və bunların icrası hələ də davam edir. Bu proqramların hədəflərində bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik”.
Bunu “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O, təşkilatın 2015-ci ildə qarşıda duran vəzifələrindən danışaraq, ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İRƏLİ”nin rolunun danılmaz olduğunu vurğulayıb. M.Seyidov qeyd edib ki, ölkədə gənclər siyasətinin inkişafı, dayanıqlı inkişaf göstəricilərinin qaldırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi və korporativ məsuliyyətin inkişafı istiqamətində aparılan bir çox işlərdə “İRƏLİ” öz planlarını hazırlayıb: “Bu il Bakıda keçiriləcək I Avropa Oyunları qismində "İRƏLİ"nin əməliyyat komitəsi ilə birgə hazırladığı bir neçə layihə var ki, bunların keçirilməsi, könüllü bazanın formalaşdırılmasında gənclərin cəlb olunması prosesi davam etdirilir. 2015-ci ildə üstünlük verdiyimiz sahələr daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələrinin mütəmadi olaraq Azərbaycan haqqında yazıların işıqlandırılması, bununla paralel olaraq daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır”. Onun sözlərinə görə, 2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub: “Artıq tərəfimizdən yeni ildə 250 nəfərə yaxın gənc tərəfindən 30-a yaxın QHT, KİV və biznes strukturlarında ekoloji ofis standartlarının yaradılmasına dair BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə birgə başlanan bir layihəyə start vermişik. Ölkə səviyyəsində narkomaniya ilə mübarizə istiqamətində artıq Təhsil Nazirliyi ilə birgə bir neçə layihəyə start verilib. Regionlarımızda, paytaxt rayonlarında bunun təbliğatının aparılması gənclərin sağlam ruhda böyüməsi üçün yardımçı olacaq". M.Seyidov qeyd edib ki, “İRƏLİ” 2015-ci ildə region gəncləri ilə birgə sıx əməkdaşlıqların qurulmasında maraqlıdır: "Bu istiqamətdə son 6 ayda görülən işlər nəticəsində müraciətlər dayanmadan artır və hər gün demək olar ki, onlarla gənc tərəfindən müraciətlər daxil olur. Məhz bu səbəbdən artıq tərəfimizdən formalaşdırılmış regional mərkəz üçün yerli nümayəndəliklərin təsis olunması və ətraf rayonların bu prosesə qoşulmasına stimul yaradılacaq addımlar atılacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info