“Aftenposten”: “Ukraynada millətçilər yüksək mövqe tutub”
Tarix: 07.01.2015 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Yatsenyuk Moskvanın ünvanına subyektiv ittihamlar
səsləndirir”

“Qərbin Rusiyaya göndərdiyi siqnallarda açıq düşmənçilik əlamətləri sezilməkdədir”. Bu fikirləri oxucularla bölüşən Norveçin “Aftenposten” qəzetinin icmalçısı Aleksandr Lanqe iddia edir: “NATO-nun Şərqi Avropa ölkələrini öz sıralarına qəbul etmək istəyi çətin münaqişələrin sülh yolu ilə həlli üçün arzu kimi təfsir edilə bilməz”.
Lanqenin təbirincə, Norveç mətbuatı Ukraynada yaşanan böhrana görə, Rusiyaya qarşı qərəzli iddiada ikiüzlülük nümayiş etdirir. Müəllif etiraf edir ki, baş verən hadisələr fövqündə Moskvanın hərəkətlərinə dəstək verməsə də, Qərbin mövqeyini də dərk etmir. Lanqenin sözlərinə görə, hazırkı Ukraynada narahatlıq doğuran əsas məsələ ölkədə millətçilərin yüksək mövqe tutması və ölkənin baş naziri Arseniy Yatsenyukun Moskvanın ünvanına subyektiv ittihamlar səsləndirməsidir: “Təbii ki, Şərqi Ukraynada yaşayan rusdilli əhalinin Rusiyaya meyilliliyi təəccüblü deyil”. Lanqeyə görə, “ruslar “qəddar və səfeh” kimi qəbul edilə bilməz və Qərbin bu istiqamətdəki fəaliyyəti tənqidi xarakter daşımır. Lanqenin sözlərinə görə, “bu yanaşma nəticədə “qarışıqlıq və müharibə"yə gətirib çıxara bilər”.
Bu arada Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədri Aleksey Puşkov Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları böyük risk kimi dəyərləndirib. O, şəxsi “Twitter” mikrobloqunda “Avropada iqtisadiyyatın aşağı tempdəki inkişafını nəzərə çatdıraraq, son nəticədə Yunanıstanın bu təşkilatı tərk edə biləcəyinin mümkünlüyünü təşkilat rəsmilərnə xatırladıb. Qeyd edək ki, bir müddət bundan əvvəl də Puşkov Avropaya Rusiya ilə soyuq müharibə aparmaq yox, yeni bağlantıların qurulmasının vacib olduğunu bildirmişdi. Daha bir önəmli məqama toxunaraq qeyd edək ki, bir müddət əvvəl Ağ Evin sözçüsü Coş Ernest ABŞ-ın “milli təhlükəsizlik və dünya ictimaiyyətinin maraqları” mövqeyindən Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etmişdi. Amerikalı rəsminin fikirlərinə münasibət bildirən Puşkov bunu «qeyri-mümkün doktrina» kimi xarakterizə edib.
Bir daha xatırladaq ki, son hadisələr fonunda Fransa prezidenti Fransua Olland sanksiyaların Avropa iqtisadiyatında tənəzzülə səbəb olduğunu, xüsusən kənd təsərrüfatına vurduğu ziyanı bir daha xüsusi olaraq qeyd edib. Ollandın sözlərinə dəstək verən kənd təsərrüfatı məhsullarının Həmkarlar İttifaqları Milli Federasiyasının sədri Ksavye Belena bildirib ki, Rusiyaya qarşı tətbiq edilən embarqo kənd təsərrüfatı məhsulları istehsalçılarında "böyük bir zərərə" gətirib çıxarıb.
Xatırlatmaq yerinə düşər ki, Rusiya ilə Qərb arasındakı münasibətlər Ukraynada da vəziyyətin pisləşməsinə rəvac verib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info