Fransa şokda: ölənlərin sayı 12 nəfərə çatıb
Tarix: 07.01.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Azərbaycan XİN: “Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır. “Reuters” informasiya agentliyi xəbər verir ki, həlak olanların arasında iki nəfər polis əməkdaşı da var. Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilib. Hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb.
İl-de-Frans paytaxt regionunda isə fövqəladə vəziyyət elan olunub. Hadisə yerinə gələn Fransa Prezidenti Fransua Olland redaksiyaya edilən basqınla əlaqədar hökumətin təcili iclasını çağırıb. Baş verənləri “Fransaya qarşı terror aktı” adlandıran dövlət başçısı “Fransa respublikasının prinsiplərinə hücum edənlərin” tapılaraq cəzalandırılacağına söz verib. Parisdə baş vermiş hadisəni qınayan Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Fransanın terrora qarşı mübarizəsini və söz azadlığını müdafiə səylərini dəstəklədiyini bildirib. NATO baş katibi Yen Stoltenberq “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücumu pisləyib. Stoltenberq bu hücumu terror aktı adlandırıb: “Biz fransalı tərəfdaşlarımızın yanındayıq. NATO ölkələri terrorçuluğa qarşı birgə mübarizə aparır. Terrorçuluğa heç bir halda haqq qazandrmaq olmaz". Azərbaycan xarici siyasət idarəsi də hücumu pisləyib. XİN-in sözçüsü Hikmət Hacıyev baş vermiş terror aktına münasibət bildirərkən deyib: “Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”. O vurğulayıb ki, heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz: “Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info