Fransa polisi terrorda şübhəli bilinən qardaşların fotosunu yaydı
Tarix: 08.01.2015 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.
“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.
Bu arada Fransa polisi “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumu etməkdə şübhəli bilinən iki qardaşın fotolarını yayıb.
“France Presse” agentliyinin verdiyi məlumata görə, polis şahidlərdən lazımi məlumatlar əldə edə bilmək məqsədilə fotoları dərc edib. Səid və Şərif Kaşi adlı qardaşların həbsi üçün order verilib. Basqında şübhəli sayılan daha bir şəxs - 18 yaşlı Hamid Murad isə polisə təslim olub.
Qeyd edək ki, Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.
Səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info