ABŞ Milli Demokratiya İnstitutunun Ermənistan ofisi bağlanır
Tarix: 08.01.2015 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


ABŞ Milli Demokratiya İnstitutunun (National Democratic İnstitute - NDİ) Ermənistan ofisi bu ilin yazında fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracaq.
“News.am” saytının verdiyi məlumata görə, təşkilatın nümayəndəsi Geqam Sarkisyan “Azadlıq” radiosuna bildirib ki, problem maliyyə xarakterlidir və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı deyil: “Mən hər hansı siyasi motiv görmürəm. Mən ABŞ hökuməti adından danışa bilmərəm, bu sualları ABŞ səfirliyinə ünvanlaya bilərsiniz. Lakin mənə elə gəlir ki, Qərbin yüngül şəkildə müəyyən məyusluğu da yarandı və bu, gözlənilməz deyildi”.
G. Sarkisyan postsovet məkanında ABŞ-ın prioritetlərinin dəyişdiyini və Ermənistanın Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə son illər daha az maliyyə yardımı aldığını etiraf edib: “Son illər Ermənistanın Rusiya ilə münasibətləri nəzərə alınaraq ölkə həmişə maliyyənin kəsilməsi ehtimalı ilə qarşı-qarşıya qalıb”.
Qeyd edək ki, NDİ ofisi 20 ildir Ermənistanda fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info