AMEA-nın Mərkəzi Elmi Kitabxanası Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək
Tarix: 08.01.2015 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) Britaniya Kitabxanası ilə əməkdaşlıq edəcək. Mərkəzi Elmi Kitabxanadan verilən məlumata görə, kitabxananın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallığa səfər edib. Səfərin məqsədi modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması olub. Səfərdə Azərbaycanın dünyanın ən böyük ikinci kitabxanasında təmsil olunması böyük maraqla qarşılanıb. Bundan irəli gələrək Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, ölkəmizdə qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair MEK-in əməkdaşlarına təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info