200 min nəfərlə hücum və nüvə müharibəsi planlaşdırılır
Tarix: 08.01.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Koreya Respublikasına (Cənubi Koreyaya) müdaxilə planı hazırlayıb.
Bu barədə Cənubi Koreyanın “Korea JoongAng Daily” qəzeti məlumat yayıb.
Plan Cənubi Koreyanın bir həftə ərzində işğal edilməsini nəzərdə tutur. Koreya Respublikası müqavimət göstərərsə və ABŞ-dan dəstək alarsa, o zaman yarımadanın cənubunun zəbt edilməsi 15 gün çəkə bilər. Bu zaman nüvə silahının da istifadə edilməsi istisna olunmur.
Şimali Koreya adi silahlardan başqa, artilleriya, tank və təyyarələrin, xüsusi təyinatlı qüvvələrdən istifadə etməyi planlaşdırır. Bu qüvvələrin sayı 80 min nəfərdən 200 min nəfərədək artırılıb.
Qəzetin yazdığına görə, döyüş əməliyyatlarının planı Kim Çen In hakimiyyətə gəldikdən sonra, 2012-ci ildə hazırlanıb. Şimali Koreya rəhbərliyi müharibəyə hazırlığı 2013-cü ildə tamamlamağı planlaşdırıb, lakin sonra bu müddət bir il artırılıb. 2014-cü il “Birləşmə uğrunda böyük müharibə ili” elan olunub.
Yeni müharibə planı ABŞ-ın İraq və Əfqanıstandakı son hərbi əməliyyatlarının analizinə əsaslanıb: “Şimali Koreya bu qənaətə gəlib ki, uzunmüddətli müharibədə heç bir şansı olmayacaq. Bu səbəbdən asimmetrik müharibə planına üstünlük verilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info