Yaxın Şərqdə terror və təhlükəsizlik məsələləri müzakirə olunub
Tarix: 08.01.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə bu ilin aprel ayında Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Livanın paytaxtı Beyrut şəhərində bır sıra görüşlər keçirilib.
Livanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Amin Gemayel ilə görüşdə Foruma hazırlıqla yanaşı, siyasi xadimin rəhbərlik etdiyi “Maison du Futur” fondu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq məsələləri və həyata keçiriləcək birgə layihələr müzakirə edilib. Müzakirələr zamanı Yaxın Şərqi narahat edən terror və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb və bu mövzuda seminarların, toplantıların keçirilməsi razılaşdırılıb. Beynəlxalq Foruma hazırlıq proqramı çərçivəsində isə mart ayında Beyrutda Serbiya və Bolqarıstanın sabiq prezidentlərinin iştirakı ilə işçi qrupun görüşünün keçirilməsi nəzərdə tutulub. “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir. Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumunda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla nüfuzlu ictimai-siyasi xadim, elm, mədəniyyət nümayəndələri bir araya gələrək bəşəriyyəti narahat edən problemlər, onların həlli yollarının tapılması məsələlərini müzakirə edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info