“ASAN ödəniş” portalı istifadəyə verilib
Tarix: 08.01.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


“ASAN ödəniş” sisteminin “asanpay.az” elektron portalı pilot layihə çərçivəsində istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş” portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi mümkündür.
Vətəndaşlar ödənişləri “ASAN ödəniş” portalında qeydiyyatdan keçməklə və ya qeydiyyatdan keçmədən rahat yerinə yetirə bilərlər. “ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı https://www.asanpay.az/asanpay/instructions linkinə daxil olaraq ətraflı məlumat əldə etmək mümkündür. Ssistemin funksionallığı haqda suallar yarandıqda 108 Çağrı Mərkəzinə zəng etmək olar.
Bundan başqa, pilot layihə çərçivəsində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində (Akademik Həsən Əliyev küçəsi, 36) quraşdırılan “ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə ödənişləri yerinə yetirmək olar. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. “ASAN ödəniş” terminallarıNIN digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info