“Qladiator Debatları” layihəsinin nəticələri məlum oldu
Tarix: 08.01.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Sumqayıtda və Sumqayıt Dövlət Universitetində bir ilk olan “Qladiator Debatları” layihəsinin nəticələri artıq məlumdur. Belə ki, adıçəkilən layihənin bağlanış mərasimi Sumqayıtın Tarixi Muzeyində yüksək səviyyədə qeyd olunub. Azərbaycanın və Şərqin İlk Milli Debat Formatı “Qladiator Debatları” ilə Ritorika Universal Klubunun əməkdaşlığı sayəsində həyata keçirilən "SDU I Qladiator Debatları Kolizeyi" layihəsinin bağlanış mərasimi Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin, Sumqayıt Dövlət Universiteti "Azərbaycan tarixi" kafedrasının baş müəllimi Elmar Xəlilovun iştirakı ilə baş tutub. İki ay müddətində keçirilən layihədə Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi Aynurə Fərhadova Çempion olaraq Kubok,medal və diplomla, birinci ən yaxşı natiq Orxan Sadiq, ikinci ən yaxşı natiq İbrahim Zeynallı, üçüncü ən yaxşı natiq Teyyub İskəndərov isə medal, diplom və sertifikatla təltif olunublar. Layihədə xüsusi əməyi keçən Pərvin Qocayeva, Elvin Gülməmmədov, Samir Aslan, Bəhruz Bayramov, Zaur Quliyev təşəkkürnamə ilə digər tələbələr isə sertifikatla mükafatlandırılıb.Tədbirdə iştirak edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev və Sumqayıt Dövlət Universiteti "Azərbaycan tarixi" kafedrasının baş müəllimi Elmar Xəlilov mükafatları təqdim etdikdən sonra tədbir iştirakçılarına uğurlar arzulayıb, bu addımları təqdirəlayiq qiymətləndirib və davamlı olmasının zəruriliyini vurğulayıblar. Mükafatlandırılanlar içərisində turnirdə əməyi keçənlərdən biri olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ağalar Ağalarlı ən yaxşı məşqçi medal və diplomuna layiq görüldükdən sonra o da “Qladiator Debatları”nın tələbələrə qazandırdığı müsbət keyfiyyətlərdən danışıb və Qladebator davamçılarına öz tövsiyələrini verib. Sonda isə Ritorika Universal Klubunun sədri Arzu Nəbizadə və İdarə Həyəti üzvləri Pərvin Qocayeva, Elvin Gülməmmədov, Zaur Quliyev və layihə iştirakçıları Ritorika Universal Klubunun əməkdaşlıq təklifini geri çevirməyib layihənin keçirilməsinə razılıq verən və bu layihənin ərsəyə gəlməsində əvəzsiz əməyi olan Azərbaycanın və Şərqin İlk Milli Debat Formatı “Qladiator Debatları”nın konstruktoru Həbib Heydərə öz təşəkkürlərini bildiriblər. Qeyd edək ki,layihə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar Təşkilatı və Sumqayıt Şəhər Gənclər və İdman baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info