“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağlayıb
Tarix: 08.01.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Bu gün “Bakı 2015” İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb.
Aparıcı yayım şirkəti olan "Sky Italia" öz idman kanalları vasitəsilə oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, "Sky Go" vasitəsilə oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.
"Sky Italia" TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur "Sky Sport 24" xəbər kanalı vasitəsilə oyunların təbliğatını həyata keçirəcək.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, İlk Avropa Oyunlarının İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin "Sky Italia" şirkəti ilə bağlanmasından olduqca məmnundurlar: “Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın “Bakı 2015” Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik”.
Əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4,7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan "Sky Italia" Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.
2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət eləcə də ölkənin premyer futbol yarışı olan A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa Çempionatı seçmə mərhələləri oyunlarının yayım hüququnu özündə saxlayır.
"Sky Italia" şirkətinin idman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mammi deyib: “Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq və biz ölkəmizdə oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik”.
İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo əlavə edib: “İdman azarkeşlərinin İlk Avropa Oyunlarını İtaliyanın aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə çox şadıq. Bu, idmançılarımız və milyonlarla azarkeşlərimiz üçün əla xəbərdir və əminəm ki, bu saziş “Bakı 2015” Avropa Oyunlarının İtaliyada uğurlu yayımına kömək edəcək”.
“Bakı 2015” Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, beynəlxalq yayım satışı sürətlə davam edir və İlk Avropa Oyunlarının yayımını nəzərdə tutan bu sazişi "Sky Italia" kimi tanınmış televiziya kanalı ilə imzalamaq möhtəşəm xəbərdir. Saziş, öz növbəsində, “Bakı 2015” üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən yunlara artmaqda olan marağın təzahürüdür. Hazırda bir sıra müqavilələrin üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik”.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü isə qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info