“AtaSığorta” “Çto? Qde? Koqda?” intellektual oyununun finalçılarını mükafatlandırdı
Tarix: 08.01.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


AzTV kanalının axşam efirində “Çto? Qde? Koqda?” televiziya intellektual klubunun final oyunu baş tutub. Çətin, gərgin mübarizə şəraitində minimal üstünlüklə televiziya tamaşaçıları komandası 6:5 hesabı ilə qalib gəlib. Klubun şərtlərinə əsasən, final oyuununun ən yaxşı oyunçusu qalib çıxacağı anda super-prizə ümid edə bilərdi. 2014-cü ildə özünün 10 illik yubileyini bayram etməsi ilə əlaqədar, televiziya verilişinin daimi tərəfdaşı və sponsoru olan “AtaSığorta” ASC ən yaxşı televiziya tamaşaçısına 10 000 manat məbləğində super-priz təsis etmişdi.
Final oyununun sonunda baş sponsorun nümayəndəsi, “AtaSığorta” ASC-nin marketinq və kommuikasiyalar şöbəsinin rəisi Yusif Ağayev eyni zamanda iki tamaşaçını ən yaxşı oyunçu kimi seçdi və buna müvafiq olaraq, onlar arasında priz fondunun bölünməsi haqqında gözlənilməz qərarını verdi.
Bu bəxtəvərlər memar Sinan haqqında sualı göndərən tamaşaçı Anar Qasımov və tamaşaçılar komandasının kapitanı, Məşədi İbadın papağı haqqında sualın müəllifi Mürşüd İsmayılzadə oldu.
Yusif Ağayev ilin finalının yekunları üzrə videomüsahibəsində bütün tamaşaçıları qələbə münasibətilə təbrik etdi, onlara göstərdikləri fəallığa görə təşəkkür etdi və ümid etdiyini bildirdi ki, gələcəkdə də bu televiziya verilişinin efirində daha çox maraqlı və gözəl suallar olacaq, və onların arasında Azərbaycan tarixi, mədəniyyəti, elmi və ədəbiyyatı ilə bağlı mövzular üstünlük təşkil edəcək.
Qeyd etmək lazımdır ki, “AtaSığorta” ASC artıq bir çox illərdir ki, “Çto? Qde? Koqda?” oyununun televiziya versiyasının daimi tərəfdaşı və sponsoru olub, televiziya tamaşaçılarını prizlərlə və digər sürprizlərlə dəstəkləyir.
“AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.
İlkin





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info