Naxçıvanda “Gənclər şəhərciyi” tikilir
Tarix: 08.01.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında gənclərin mənzilə tələbatının ödənilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi sürətlə davam etdirilir. “Gənclər şəhərciyi” muxtar respublikada bu məqsədlə inşa olunan ilk yaşayış kompleksidir. Hazırda ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli olmaqla, 4 bina inşa edilib. Binalardakı mənzillər iki və üç otaqlıdır. Onların sahəsi müvafiq olaraq 77 və 104 kvadratmetrdir. Hazırda binaların dam örtükləri vurulur, elektrik və kommunikasiya xətləri çəkilir, suvaq işləri görülür. Bu ilin mart ayında “Gənclər şəhərciyi”ndə bir, iki, üç və dörd otaqlı mənzillərdən ibarət beşinci binanın inşasına başlanılacaq. Layihəyə uyğun olaraq, yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılacaq. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün videokamera sistemləri quraşdırılacaq, uşaq bağçası, basketbol və voleybol, eləcə də açıq şahmat meydançaları inşa olunacaq. Həmçinin kompleksi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yeraltı keçid tikiləcək.
Qeyd edək ki, son 20 il ərzində Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bir çox rayon mərkəzlərində yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, müasir kommunikasiya xətləri çəkilib. Bütün bunlar sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Naxçıvanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar son illərdə daimi yaşamaq üçün muxtar respublikaya qayıdanların sayının artmasına səbəb olub. Bundan əlavə, il ərzində muxtar respublikada orta hesabla 4 mindən çox gəncin ailə qurduğunu da nəzərə alsaq, mənzil bazarında mövcud tələbatın ildən-ilə yüksələcəyini proqnozlaşdırmaq mümkündür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info