Hacıkənddə məskunlaşan 80 məcburi köçkün ailəsi də yeni qəsəbəyə köçürüləcək
Tarix: 08.01.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan məcburi köçkünlərin şəhər ətrafında salınmış yeni qəsəbəyə köçürülməsi artıq yekunlaşmaq üzrədir. Altı yüz ailəlik yeni yaşayış kompleksində məcburi köçkünlərin rahat yaşaması üçün hər bir şərait yaradılıb. Burada 60 ədəd bir, 255 ədəd iki, 230 ədəd üç və 55 ədəd dördotaqlı mənzillər, həmçinin 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilib. Ümumilikdə 20 küçədən ibarət qəsəbə yollarına asfalt salınıb. Buraya 30 kilometr uzunluğunda yeni su xətti, 25 kilometr uzunluğunda qaz xətti çəkilərək, 6 qaztənzimləyici məntəqə yaradılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin baş məsləhətçisi Süleyman Abbasov deyib ki, keçən ilin dekabr ayında başlanan köçürülmə artıq başa çatmaq üzrədir. İndiyədək 520 ailə yeni mənzillərdə məskunlaşıb. Qalan 80 ailənin köçürülməsi isə komissiyanın araşdırmasından sonra həyata keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info