Sumqayıt Bolqarıstanın Burqas şəhəri ilə də əlaqələr quracaq
Tarix: 08.01.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. Qardaş şəhərlər - coğrafi olaraq biri-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir.
Dünya şəhərləri arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. İndiyədək Dünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı və Sumqayıt bu siyahıda liderlik edir.
Ümummilli lider Heydər Əliyevin “kiçik Azərbaycan” adlandırdığı Sumqayıtın da dünyaya inteqrasiya, mədəni əlaqələrin qurulmasında özünəməxsus yeri vardır. Bu tarixə nəzər salanda ilk əvvəl Sumqayıtın qardaşlaşdığı şəhərlərlə münasibəti göz önünə gəlir. Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Sumqayıt bir neçə ölkənin şəhərləri ilə dostluq əlaqələri qurmuşdu. Azərbaycan müstəqillik qazandıqdan sonra da bu əlaqələr daha da genişləndirildi və hazırda davam etdirilir.
Hazırda Sumqayıt dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub. Sumqayıtın dostları sırasında Almaniyanın Lüdviqshafen, Rumıniyanın Piteşti, Çin Xalq Respublikasının Xunan əyalətinin Çju Cou, Avstriyanın Lins, İtaliyanın Genuya və Bari, Türkiyənin Ceyhan, Belarusun Mogilyov və Belostok, Gürcüstanın Rustavi, Qazaxıstanın Aktau, Ukraynanın Cerkassı, Rusiya Federasiyasının Nevinnomıssk şəhərləridir. Bu şəhərlər arasında Sumqayıtın dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Yaxın perspektivdə Sumqayıt Bolqarıstanın Burqas şəhəri ilə də əlaqələr quracaqdır.
Sumqayıtda Çerkassı şəhərinin adını daşıyan küçə və Lüdviqshafen şəhərinin adını daşıyan park da var. Müvafiq olaraq bu şəhərlərdə də Sumqayıtın adına daşıyan küçələr vardır.
Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələr həyata keçirilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info