“Rusiya İndoneziyaya silah satışı üçün yaxşı imkan qazanıb”
Tarix: 08.01.2015 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


“Rusiya İndoneziya ilə çoxdan əməkdaşlıq edir və onu Cənubi-Şərqi Asiyada yaxın tərəfdaşı sayır”

Yava dənizində 11 gün öncə düşmüş təyyarənin qalıqlarını axtaran ölkələr içərisində Rusiya xüsusi yer tutur. Bu barədə “Bloomberg” yazıb. Bildirilir ki, İndoneziyadakı Rusiya səfirinin məsləhətçisi Aleksandr Şilin deyib ki, Rusiya yanvarın 2-də İndoneziya tərəfinin xahişilə axtarışlara qoşulmaq üçün iki təyyarə və 22 dalğıc göndərib: “Ötən ilin martında Malayziya hava yollarına məxsus olan itkin düşmüş təyyarə ilə bağlı beynəlxalq səviyyəli axtarışlarda Rusiya iştirak etməmişdi. Rusiyanın bu axtarışda iştirakı isə ona özünün hərbi-texniki uğurlarını nümayiş etdirmək imkanı verir. Xüsusilə də İndoneziya prezidenti Coko Vidodonun hərbi xərcləri artırmaq, donanmanı modernləşdirmək və hərbi-dəniz infrastrukturunu gücləndirmək planları ortada varkən, Rusiyanın belə bir nümayişi şimal ölkəsi üçün faydalıdır.
İndoneziya dünyada ən böyük arxipelaqlardandır ki, piratlıq və balıq brakonyerliyi ilə üz-üzədir. Həmçinin, o, Çinin Cənubi-Çin dənizi ölkələri ilə apardığı ərazi mübahisələrinə də tuş gələ bilər.
Avstraliyanın Kertin Universitetindən Rusiya müdafiə siyasəti üzrə mütəxəssis Aleksey Muravyev bildirir ki, Rusiya İndoneziya ilə çoxdan əməkdaşlıq edir və onu Cənubi-Şərqi Asiyada yaxın tərəfdaşı sayır.
Dünya problemlərinin araşdırılması üzrə Stokholm İnstitutunun məlumatına görə, son on illikdə İndoneziyanın hərbi xərcləri 2013-cü ildə ciddi şəkildə artıb və 6,4 milyard dollara çatıb. Bu isə İndonbeziya ÜDM-sinin 0,9%-idir.
Rusiya hazırda İndoneziya hərbi qüvvələri üçün əsas texnika təchizatçılarındandır. 2007-ci ildə Putinin İndoneziyaya səfərində bu Asiya ölkəsinə kreditlə 1 milyard dollarlıq silah alışı barədə razılaşma olub.
Bundan başqa 2014-cü ildə Rusiya bu ölkəyə 54 ədəd üzən zirehli döyüş maşını – BMP-3, həmçinin Su-27 və Su-30 göndərib.
Şilinin sözlərinə görə, İndoneziya prezidentinin planlarına hərbi gəmilərin alınması da daxildir: “Biz İndoneziyaya çox yaxşı məhsul təqdim edə bilərik”.
O qeyd edib ki, Rusiya İndoneziyaya yoxsulluq dönəmlərində requlyar olaraq yardım göstərir.
Şilinin sözlərinə görə, Rusiya təyyarənin axtarışına məsafədən idarə olunan sualtı aparat da göndərib. 500 kiloqramlıq olan və 300 metrə qədər dərinlikdə çalışa bilən aparat hidrolokatorla təchiz edilib. Bu isə “qara qutu”nun tapılmasına yardımçı ola bilər”.
Qeyd edilir ki, təyyarəni axtarış işləri Panqkalan-Bun şəhəri civarında davam etdirilir. Bu yer Sinqapurdan təxminən 1000 kilometr şimal-şərqdə yerləşir. Beynəlxalq xilasedici kontingentə görə, axtarış aparılan sahə 1575 kvadrat dəniz mili və ya 5,4 min kvadratkilometr təşkil edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info