Yaponiyada kosmik texnologiyaların inkişafı ilə əlaqədar yeni proqram qəbul olunub
Tarix: 09.01.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Yanvarın 9-da Yaponiya hökuməti qarşıdakı 10 ildə milli kosmik texnologiyaların inkişafına, həmçinin bu sahədə təhlükəsizliyin və etibarlılığın yüksəldilməsinə aid yeni proqramı təsdiq edib.
Sənədə əsasən, yaxın 10 ildə milli kosmik sənayenin həcminin 5 trilyon yenə (49 milyard dollar) çatdırılması planlaşdırılır. Qeyd olunur ki, proqram çərçivəsində ABŞ ilə bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi nəzərdə tutulur.
Yaponiya 2015-ci ildə “Epsilon” yapon raket daşıyıcısının buraxılış gücünün təkmilləşdirilməsini, 2020-ci ildə isə hazırda istifadə olunan H2-A raketini əvəz edəcək yeni ağır raketi təqdim etməyi planlaşdırır. Yaxın 10 ildə, həmçinin müxtəlif ölçülü səkkiz süni peykin kosmosa çıxarılması nəzərdə tutulur.
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAKSA) son uğuru ötən ilin dekabrında Taneqaşima kosmodromundan “Hayabusa-2” (“Şahin-2”) kosmik zondunun buraxılması hesab olunur. 2018-ci ildə zondun “1999JU3” asteroidinə yaxınlaşaraq, ondan nümunələr götürəcəyi gözlənilir. Aparat Yerə götürülmüş nümunə ilə birlikdə 2020-ci ildə qayıdacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info