Bakıda məktəblilərin fənn olimpiadası yeni formada keçiriləcək
Tarix: 09.01.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Bu il ilk dəfə Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi yanvarın 11-də keçiriləcək. Bu mərhələdə uşaqlara 50 test sualı təqdim olunacaq. Fənn olimpiadalarının şəhər mərhələsində ötən il noyabrda Bakı şəhərinin məktəblərində keçirilən “Bilik yarışı” nın qalibləri iştirak edəcəklər. Bakı şəhərinin 12 rayonunu əhatə edəcək fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq. Qeyd edək ki, fənn olimpiadalarının bu mərhələsi IX-XI sinif şagirdlərini əhatə edəcək, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcəkdir.
Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün müvafiq tərkibdə Təşkilat Komitəsi yaradılıb. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.
Həmçinin, ötən ilkindən fərqli olaraq, bu il məktəblilər coğrafiya fənni üzrə olimpiadanın şəhər mərhələsində iştirak edəcək və müvəffəqiyyət qazanan şagirdlər respublika turuna vəsiqə əldə edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info