“Elektron hökumət” portalına 5 yeni elektron xidmətlər əlavə edilib
Tarix: 09.01.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiylar Nazirliyinin məlumatına görə, Vergilər Nazirliyinin 5 xidməti portala inteqrasiya edilib. Belə ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi”, “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” və “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidmətlərinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.
“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı” xidməti rezident vergi ödəyicisinin filialının, nümayəndəliyinin elektron qaydada qeydiyyata alınmasını əhatə edir.
“Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmətinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin aparatının funksional idarələrinin vergi orqanlarının yazılmış aktları və onların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən verilmiş təkrar şikayət və ərizələrə məhkəmədən kənar (məhkəməyə qədər) obyektiv və hərtərəfli araşdırma aparılmaqla baxılması prosesləri daxildir.
“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” xidməti vasitəsilə istifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya siri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.
“Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidməti istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etmə proseslərini əhatə edir.
“Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidməti Azərbaycan Respublikasında yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılmasından ibarətdir.
Qeyd edək ki, bu e-xidmətlər “Elektron hökumət” portalına əlavə olunduqdan sonra Vergilər Nazirliyinin portal üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info