“Naxçıvanbank”ın Naxçıvan şəhər filialı fəaliyyətə başlayıb
Tarix: 09.01.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov filialla tanış olublar.
Filial Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan müştərilərə xidmət göstərəcək.
Əsas məqsəd “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təklif olunan bank xidməti və məhsullarının istehlakçılara birbaşa onlar üçün daha yaxın xidmət mərkəzində çatdırılması, bank işinin səmərəli təşkilindən ibarətdir. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur istehlakçıların bank xidmətlərindən daha rahat şəkildə istifadəsinə imkan verəcək.
Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, Naxçıvan şəhərindəki “İstiqlal” küçəsində fəaliyyət göstərəcək bank filialında müasir avadanlıqlar quraşdırılıb, müştərilərə yüksək səviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılıb. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan kiçik maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər.
Bundan əlavə, filial tərəfindən cari ildə 100-ə yaxın yeni POS-terminalın quraşdırılması, bankomat şəbəkəsinə yenilərinin əlavə edilməsi, kredit qoyuluşunu 3,5 milyon manata çatdırmaq və digər bank xidmətləri sahəsində nailiyyət əldə etmək əsas məqsəd kimi qarşıya qoyulub.
Xatırladaq ki, 2015-ci il yanvarın 1-nə olan məlumata görə, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kredit portfelinin həcmi 27,2 milyon manat olub. Kredit qoyuluşunun 7,7 milyon manatını tikinti, 6,2 milyon manatını sənaye, 3,4 milyon manatını istehlak, 2,9 milyon manatını kənd təsərrüfatı, 2,9 milyon manatını isə biznes-ticarət və digər kreditlər təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikasında ötən 20 ildə həyata keçirilən davamlı islahatlar nəticəsində iqtisadiyyatın möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilib. Bu inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir. Əldə edilmiş uğurların təməlində dayanan amillərdən biri də budur ki, muxtar respublikada inkişafa kompleks yanaşma mövcuddur. Ötən dövr ərzində istehsal sahələrinin inkişafı istiqamətində görülmüş işlər maliyyə və bank sektorunun inkişafı ilə paralel şəkildə aparılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş mühüm dövlət proqramlarında bank sektorunun inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib. Əhaliyə göstərilən bank xidmətlərinin növünün artırılması, keyfiyyətinin yüksəldilməsi, nağdsız ödəniş sistemlərinin inkişaf etdirilməsi, kiçik sahibkarlıq fəaliyyəti üçün kreditlərin verilməsi qaydalarının sadələşdirilməsi barədə Ali Məclisin Sədri tərəfindən aid strukturlara tapşırıqlar verilib. Bunun nəticəsidir ki, ötən illər ərzində muxtar respublikada bank quruculuğu sahəsində də böyük uğurlar qazanılıb. Banklar yeni, müasir binalar və son texnologiyalara əsaslanan avadanlıqlarla təmin edilib. Yaradılmış infrastruktur əhalinin bank-maliyyə xidmətlərindən rahat, vaxt itirmədən və etibarlı şəkildə istifadə etməsinə əlverişli imkanlar açıb.
Müslüm Cabbarzadə qeyd edib ki, hazırda muxtar respublikada banklar tərəfindən 20 növdə bank xidməti göstərilir. Əhalinin bu xidmətlərdən daha rahat şəkildə istifadə etməsi üçün fəaliyyət göstərən bank, bank filialı və kredit təşkilatlarının sayı artırılaraq 26-ya çatdırılıb. Təkcə 2014-cü ildə şəhər və rayonlarımızda 3 yeni bank filialı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə poçt məntəqələri vasitəsilə bütün kəndlərdə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilib. Bu da vətəndaşlara yaşadıqları ərazidə bu xidmətlərdən yararlanmaq imkanı verir. Bundan əlavə, nağdsız ödəniş sistemlərinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Artıq inkişaf etmiş ölkələrdə tətbiq edilən müasir ödəniş texnologiyalarından muxtar respublikada da istifadə etmək mümkündür. Bunun üçün zəruri olan infrastruktur yaradılıb. İri yaşayış məntəqələri bankomatlarla təmin edilib. Əhaliyə verilən ödəniş kartları son 5 ildə 2 dəfə artıb. Hazırda muxtar respublikanın hər iki sakinindən biri plastik ödəmə kartına sahibdir. Nağdsız ödəmələrin artırılması və ödənişlərin rahatlığının təmin edilməsi üçün quraşdırılan POS-terminalların sayı son 5 ildə 20 dəfə artıb. Muxtar respublikada fəaliyyət göstərən banklar internet bankçılıq, mobil bankçılıq, SMS məlumatlandırma kimi müasir bank xidmətləri göstərmək imkanlarına malikdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına müvafiq olaraq, muxtar respublikadakı banklarda xidmət haqları və kreditlər üzrə faiz dərəcələri ölkənin digər bankları ilə müqayisədə ən aşağı səviyyədədir.
“Muxtar respublikada iqtisadi fəallığın ilbəil yüksəlməsi bankların da inkişafına təkan verir, yeni bank filiallarının yaradılmasına tələbatı artırır”, – deyən Müslüm Cabbarzadə əlavə edib ki, son 5 ildə banklarımızın müştərilərinin sayı 6 dəfədən çox artıb. Yeni bank qurumlarının fəaliyyətə başlaması əhalinin bank-maliyyə xidmətlərinə daha rahat şəkildə çıxışını və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. 2015-ci ilin ilk günlərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialının yeni binada fəaliyyətə başlaması da bu sahədə görülən işlərin davamıdır.
Qeyd edək ki, yeni bank filialları həm də “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə öz töhfəsini verir. Muxtar respublikada kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və əhalinin yerli məhsullara olan tələbatının tamamilə ödənilməsi baxımından yeni bank və bank filiallarının yaradılması, onların əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.



Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info