“Radikalların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir”
Tarix: 09.01.2015 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


"Mən əminəm ki, insanlar Fransadakı hadisənin İslam dini və ya müsəlmanlıqla əlaqəsi olmadığını anlayacaq. Bu hadisə cinayətkar radikallar tərəfindən törədilib. Onların törətdiyi dəhşətli cinayət İslam dininin bütün prinsiplərinin əksinədir". Bu sözləri APA-ya açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Abdulkərim deyib.
Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunu şərh edən diplomat bildirib ki, belə bir cinayət xristianlar, yəhudilər, buddistlər tərəfindən də törədilə bilərdi: "Bu əməl dini təmsil etmir, çünki bütün dinlər ləyaqət prinsipinə əsaslanır, xüsusilə İslam. Təbii ki, belə bir hadisə qınanacaq, insanlar düşünəndə ki, bu vəhşilikləri müsəlmanlar törədib, onların fikirləri qarışacaq. Əminəm ki, Avropanın siyasi liderləri müxtəlif icmaların birləşməsi məsələsi üzərində işləyəcəklər".
Səfir ümid edir ki, Avropa liderləri öz cəmiyyətlərində Avropada yaşayan müsəlmanlara qarşı nifrət yaranmasına imkan verməyəcəklər: "Ekstremistlər və ifrat sağ qüvvələr buna çağırış edirlər. Bu qüvvələrin ideyalarının yayılmasına imkan verilməməlidir. Burada mən Avropa liderlərinin məsuliyyətindən danışıram, onlar ekstremist və rasistlərin cəmiyyətin müxtəlif təbəqələri arasında sosial münaqişə yaratmasına imkan verməməlidir. Əminəm ki, cəmiyyət siyasi rəhbərliyin yardımı ilə bu problemi həll edəcək”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info