Sabiq prezidentlər regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edib
Tarix: 09.01.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Mərkəzin regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlığın təmin edilməsi layihəsi çərçivəsində Ukrayna və Türkiyədə səfərdə olub.
Ukrayna səfəri çərçivəsində Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Ukraynanın eks-prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşərək müzakirələr aparıb. Boris Tadiç həmçinin, ölkənin xarici işlər naziri Pavlo Klimkin, Kiyev meri Vitaliy Kliçko ilə də görüşlər keçirib, Ukraynanın Diplomatiya Akademiyasında mühazirə oxuyub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Boris Tadiç Türkiyə səfəri zamanı isə sabiq həmkarı, Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Güllə görüşüb. Görüş zamanı Mərkəzinin beynəlxalq fəaliyyəti, o cümlədən bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub. Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırılması, eləcə də dünyada təbliği məqsədilə 2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti dünyanın nüfuzlu ictimai-siyasi xadimlərindən ibarətdir. Qurum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində forum və toplantılar təşkil edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info