Dini radikalizmə qarşı tədbirlər davam etdirilir
Tarix: 09.01.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda böyük nailiyyətlər qazanan ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. Ölkənin qanunları, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla hüquq mühafizə, xüsusi xidmət orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir.
Polis Akademiyasından bildiriblər ki, görülən işlərin davamı olaraq, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması, eləcə də dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları sahəsində daxili işlər orqanlarının şəxsi heyətinin, xüsusən gənc əməkdaşlarının maarifləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq Akademiyanın dəyişkən heyəti ilə “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Anar Əliyev, “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov, “İctimai elmlər” kafedrasının rəisi, polis polkovniki Teymur Əliyev, kurs rəisləri, onların müavinləri və müdavimlər iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov dini radikalizmə və ekstremizmə qarşı mübarizə, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində görülən işlər, eləcə də bu sahədə daxili işlər orqanları ilə qarşılıqlı əlaqənin və informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyi barədə geniş məlumat verib.
İştirakçılar müdavimləri maraqlandıran sualları cavablandırıb və onlara müvafiq tövsiyələr veriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info