“Bakıelektrikşəbəkə” I Avropa Oyunlarına iri miqyaslı hazırlıq işləri aparır
Tarix: 09.01.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Bu il Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı nəzərdə tutulan idman və digər obyektlərin elektrik təchizatının yüksək keyfiyyətli və etibarlı olması üçün iri miqyaslı hazırlıq işləri aparılır.
Bunu 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Baba Rzayev bildirib.
O qeyd edib ki, tikilməkdə olan Olimpiya Stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kV-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib: “35/6 kV-luq “Koroğlu” və “Olimpiya Stadionu” yarımstansiyaları arasında əlaqənin yaradılması üçün uzunluğu 64,8 km olan 35 kV-luq kabel xətləri çəkilib. Olimpiya Stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan üç müxtəlif 220 kV-luq şəbəkədən qidalanan 110 kV-luq yarımstansiyaların 35 kV-luq şəbəkəsi ilə təmin olunub”.
B. Rzayevin sözlərinə görə, hazırda Heydər Əliyev adına İdman və Konsert Kompleksinin daxili elektrik təchizat sxemi tamamilə yenidən qurulur: “Tikilməkdə olan Su İdman Sarayının elektrik təchizatının dayanıqlığının və etibarlığının təmin edilməsi üçün 220/110 kV-luq “Səngəçal” və “Müşfiq” qovşaq yarımstansiyalarının 110 kV-luq yarımstansiyalar arası 35 kV-luq şəbəkəsi ilə əlaqələndirilib”.
O həmçinin vurğulayıb ki, Stend Atıcılığı İdman Kompleksini elektrik təchizatının təmini üçün 35/6 kV-luq 80 saylı yarımstansiya tam yenidən qurularaq istismara verilib: “Eyni zamanda bu yarımstansiya şəhərin su və kanalizasiya sistemlərinin, “Avtovağzal” metro stansiyasının elektrik enrjisi ilə təminatının yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info