İran Azərbaycan üzərindən Rusiyaya məhsul ixracatını artırıb
Tarix: 12.01.2015 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Astara sərhəd-keçid məntəqəsindən ixrac və xarici tranzit əməliyyatlarının həcminin artması nəzərə alınaraq, sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb. Bundan sonra məntəqə 12 saat fəaliyyət göstərəcək. Bunu “Trend”ə Astara (İran) Gömrük İdarəsinin baş direktoru Həmidrza Məhəmmədi deyib. H.Məhəmmədi bildirib: "Azərbaycanın Astara Gömrük İdarəsi və sərhədçiləri ilə əldə etdiyimiz razılığa əsasən, bundan sonra Astara sərhəd-keçid məntəqəsi hər gün səhər saat 8:00-dan axşam saat 20:00-dək (Bakı vaxtı ilə 08:30-dan 20:30-dək) işləyəcək.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında bundan öncə imzalanmış protokola əsasən, Novruz bayramına kimi Astara sərhəd-keçid məntəqəsinin iş rejimi 12 saat olacaq: “Ümid edirik ki, bu, məntəqənin fəaliyyətinin sutkalıq rejimə keçirilməsi üçün zəmin yaradacaq”.
H.Məhəmmədi bildirib ki, Azərbaycan və İran arasında yaxşı qonşuluq münasibətləri var: "Biz əlaqələrimizi inkişaf etdirmək üçün bütün potensiallarımızdan istifadə etməkdə qərarlıyıq".
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar İrandan RF-yə ixracın həcmi artıb: “İranlı ixracatçılar Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək Rusiyaya məhsullar ixrac edirlər. İxracatın həcminin artması həm Azərbaycan, həm də İranın rifahına səbəb olacaq”.
Qeyd edək ki, bundan öncə Astara sərhəd-keçid məntəqəsi Bakı vaxtı ilə səhər saat 08:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərirdi.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info