Bakı Ali Neft Məktəbində “Microsoft”un İKT üzrə Akademiyası yaradılıb
Tarix: 12.01.2015 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində “Microsoft” şirkətinin İKT üzrə Akademiyası (Microsoft IT Academy) yaradılıb. Proqramın koordinatoru Kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur.
İKT üzrə Akademiya “Microsoft” şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcəklər. Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbi peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri “Microsoft” şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi nəzərdə tutulur. “Microsoft” şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər.
İştirakçılar Essential (Baza kursu) və ya Advanced (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. Essential səviyyəsində masaüstü kompüterlər və noutbuklar üçün istifadə olunan Microsoft Office proqramlar paketi nəzərdə tutulur. Essential səviyyəsinin təlimindən sonra Microsoft Akademiyasının məzunları öz bacarıqlarını təsdiqləmək üçün Microsoft Office Specialist (MOS) beynəlxalq sertifikatını əldə edəcəklər.
Advanced səviyyəsi IT mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulmuş və masaüstü kompüterlər və noutbukların texniki dəstəyi, kompüter sistemlərinin, şəbəkələrinin və verilənlər bazalarının inzibatçılığı, müxtəlif mühitlərdə mürəkkəb proqram paketlərinin və verilənlər bazalarının hazırlanması istiqamətlərini əhatə edir. Əldə edilmiş biliklər əsasında tələbələr Microsoft Certified Professional (MCP) (Microsoft-un Peşəkarlıq Sertifikatı) beynəlxalq sertifikatını əldə edərək peşəkar səviyyədə karyera qura biləcəklər. Bu proqramda gələcəkdə başqa ali təhsil müəssisələrinin tələbələrinin də iştirakı nəzərdə tutulur. Proqramda iştirak bir neçə istiqamətdə faydalıdır: Ali təhsil müəssisələrin məzunlarına rəqabət üstünlüyü, işəgötürənlərin investisiyalarının cəlb edilməsi, müəllimin vaxtına qənaət edilməsi və İKT sahəsində təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, proqram təminatına xərclərin azaldılması, daimi hüquqi lisenziya, İKT fənlərinin tədrisində səlahiyyətli yanaşmanın həyata keçirilməsi, tələbələrə əmək bazarındakı peşə tələblərinə uyğun təlimlərin təmin edilməsi və sair məsələlər nəzərdə tutulur.
Müəllimlərə əməliyyatların avtomatlaşdırılması sayəsində vaxta qənaət, kompleks təhsil sistemi və tələbələrlə birgə iş üçün interaktiv vasitələr, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, informasiya texnologiyaları sahəsində “Microsoft”un son məlumatlarına daimi müraciət ixtisaslaşmanı (kvalifikasıyanı) yüksək səviyyədə saxlamağı təmin etmə imkanları verəcək.
Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info