Ötən il 200 minə yaxın daşınmaz əmlak obyekti qeydiyyata alınıb
Tarix: 12.01.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, Əmlak Məsələləri Dövlət Komitəsi 2014-cü il ərzində ardıcıl və uğurlu fəaliyyət həyata keçirib. Şəffaflıq və ictimai agahlıq, effektiv və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət keyfiyyətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilib.
Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə Komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. 2013-cü ildə www.e-emdk.gov.az elektron xidmətlər portalı istifadəyə verilib. Hazırda portalda 27-i interaktiv, 4-ü informativ olmaqla 31 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir.
Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, xidmətlərdə şəffaflıq və keyfiyyətin artırılması, sosial məmnunluğunun yüksəldilməsi məqsədini daşıyır.
Məlum olduğu kimi, Komitə tərəfindən Dünya Bankının dəstəyi ilə “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi daşınmaz əmlak bazarının inkişafına və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün münasib sistemlərin təmin edilməsinə şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir.
2014-cü il mart ayının 3-dən etibarən “Daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (Forma 1-lərin) real vaxt rejimində (onlayn) notariuslara verilməsi ilə bağlı ilk onlayn xidmət istifadəyə verilib. Ötən müddətdə 100 minə yaxın daşınmaz əmlakla bağlı əməliyyatlar onlayn şəkildə məhz bu xidmət vasitəsilə həyata keçirilib.
ƏMDK daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi işini diqqət mərkəzində saxlayır. Belə ki, məlumat verildiyi kimi, ƏMDK xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda mobil ofislər vasitəsilə xidmətlərin göstərilməsinə start verib. 2014-ci il aprel ayından etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac qalmayıb.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının icrası məqsədilə ƏMDK daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
İlkin mərhələdə bu kampaniya Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Ümumilikdə, 2000-ə yaxın vətəndaş kampaniyadan faydalanıb.
Qeyd edək ki, 2014-cü ildə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin və Beyləqanda yerləşən 6 saylı ərazi idarəsinin yeni inşa edilmiş inzibati binaları istifadəyə verilib. Yeni inzibati binalar vətəndaşlara daha rahat, şəffaf, çevik və müasir xidmətlərin göstərilməsi məqsədilə tikilib.
“Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində mühüm nəticələr əldə edilib, bəzi işlər isə hazırda davam etdirilməkdədir. Layihənin uğurla icrası nəticəsində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Layihə çərçivəsində Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılmışdır. Daşınmaz Əmlakın Vahid Qeydiyyatı, Kadastr və İdarəedilməsi Sisteminin (DƏQKİS) və daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması istiqamətində işlər davam etdirilir.
Layihə çərçivəsində növbəti mühüm addım ƏMDK üçün İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz üçün yeni binanın tikintisi həyata keçirilir. Bundan əlavə, ƏMDK İT Mərkəzinin Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisinə də başlanmış və hazırda davam etdirilir. ƏMDK üçün İKT Strategiyası hazırlanıb qəbul edilmişdir. Hazırda Strategiyanın icrası davam etdirilir.
2014-cü ildə Azərbaycan Hökumətinin və Dünya Bankının maliyyə vəsaiti hesabına həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində “Sumqayıt şəhərində daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi” layihəsi həyata keçirilib.
ƏMDK tərəfindən ictimai agahlıq və məlumatlılığın təmin edilməsi məqsədilə 2014-cü ildə “Açıq qapı” günlərinin ölkə ərazisində keçirilməsi təmin edilib. 2014-cü ilin yanvar ayında ilk dəfə olaraq Lənkəran şəhərində start verilən hüquqi maarifləndirmə tədbirləri il ərzində Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz, Abşeron və Sumqayıt şəhərlərində təşkil edilib.
ƏMDK-nin 2014-ci il üzrə statistik göstəriciləri ötən ilin uğurlarının göstəricisidir. Belə ki, Komitə tərəfindən 2014-cü ildə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Daha bir uğur isə Azərbaycanın "Doing Business-2015" hesabatının reytinq cədvəlində 2014-ci ildə daşınmaz əmlakın qeydiyyatına görə 10-cu yeri tutmasıdır. Məlum olduğu kimi, bu hesabat Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunur və 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edir.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info