Səbailin 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hesabat verdi
Tarix: 12.01.2015 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq fərmanına əsasən 2012-ci ilin sonunda yaradılmış Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ikinci hesabat yığıncağını keçirilib. Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən toplantıda 2014-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, nümayəndəlik yarandığı ilk gündən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən «Şəhidlər Xiyabanı» Kompleksinin ərazisində inşa edilib və hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuş inzibati binada fəaliyyət göstərir.
Qeyd olunub ki, 2014-cü ildə nümayəndəliyin ərazisində Prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Parkda müasir attraksion-panoramın, Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış keçirilib, ölkə başçısı İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimat mərasimində, martda Qız qalasının qarşısında keçirilən Novruz şənliklərində, mayın 9-da faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Dağüstü parkda keçirilən mərasimdə iştirak edib, mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, dekabr ayının 23-də isə ailə üzvləri ilə birlikdə Bələdiyyə seçkiləri ilə əlaqədar 6 saylı orta məktəbdə yerləşən 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. 2014-cü ildə 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Bu gün ərazidə «Alov qüllələri» kompleksinin, "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və «İnturist» mehmanxanalarının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.
Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarda bura xüsusi gözəllik verən müxtəlif gül kollarından ibarət gözəl kompozisiyalar yaradılmış, Fikrət Əmirov, Üz.Hacıbəyov küsələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılıb, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospektlərindəki binaların üzlənməsi davam edir. 2014-cü ildə rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənib, əsas magistral küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri həyata keçirilib. İl ərzində nümayəndəlik tərəfindən ərazidə olan ev təsərrüfatlarında dəqiqləşdirmələr aparılıb və hazırda məlumatların yenilənməsi işləri davam etdirilir. Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilatlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılıb, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilib.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlərə şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Nigar















 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info