Fransa bundan sonra erməni terrorçuları yenə dəstəkləyəcək?
Tarix: 12.01.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Aleksandr Fomenkov: “Sərkisyan terrorçu təşkilatın üzvü olub”

Tanınmış rus yazıçısı Aleksandr Fomenkov öz bloqunda erməni terroru və Fransada baş vermiş terror aktı barəsində maraqlı yazı yazıb. Yazıda bildirilir: “Hazırda Avropada erməni terrorizmi barəsində məsələ qaldırmaq zamanıdır. Bu, xüsusilə də bu gün Fransaya aid edilə bilər. Fransada erməni terroru istər məişət, istərsə də dövlət səviyyəsində dəstəklənib. Fransızlara erməni terroru müsəlman terrorundan niyə daha əzizdir? Ermənisanın hazırkı prezidenti Serj Sərkisyan beynəlxalq terrorçu Monte Melkonyanın başçılıq etdiyi terror təşkilatına daxil olub. Melkonyan Fransadan Qərb xüsusi xidmət orqanları tərəfindən ötən əsrin 90-cı illərinin başlanğıcında Sovetlər Birliyinə aid Azərbaycan SSR-in Dağlıq Qarabağ muxtar bölgəsinə göndərilib. O, orada sovet partiya və dövlət xadimlərinə, sovet əsgərlərinə, zabit və generallarına, dinc azərbaycanlı əhaliyə, o cümlədən qadın, uşaq və qocalara qarşı terrorlar təşkil edib və həyata keçirib. Mən bu barədə harda və nə zaman lazımdırsa, bəyan edə bilərəm. Bununla bağlı 100 dəfə bildirsəm də, kimsə diqqət yetirmir. Hazırda Serj Sərkisyanı bütün Avropa liderləri qəbul edirlər və əllərini sıxırlar. Riyakarlar!”
Doğrudan da, bu gün Avropada bütün məsələlərlə yanaşı, terrora yanaşmada da ikili standartların şahidi olmaqdayıq. Məsələn, bu gün bəzi Qərb mərkəzlərindən yönləndirildiyi və ya yaradıldığı bildirilən terrorçu qrupların müsəlman ölkələrində həyata keçirdikləri terrorlar, yaxud erməni terrorizmi və sair terrorçuluq nümunələri bu baxımdan qeyd edilə bilər. Bu gün isə Fransa özü belə bir terrora məruz qalıb. Elə isə Fransa bundan sonra da erməni terrorçuları dəstəkləyəcəkmi?...


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info