Tayfur Əliyevdən nokautla qələbə
Tarix: 12.01.2015 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 3-cü görüşünü də qələbə ilə başa vurub. Naxçıvan boksçusu bu dəfə Nurlan Qasımlı üzərində qələbə qazanıb. Bu çəki dərəcəsində təcrübəli Rəhim Nəcəfov da növbəti dəfə rinqi qalibiyyətlə tərk edib.
60 kq çəki dərəcəsində əsas favoritlərdən olan Elvin İsayev yarışa qələbə ilə başlayıb. Milli komandamızın üzvü Ağdaş nümayəndəsi Nicat Hacıyevi mübarizədən kənarlaşdırıb.
Ötən ilin Azərbaycan çempionu Lorenzo Sotomayor da (64 kq) ilk görüşdə çətinlik çəkməyib. “Qəbələ” klubunun üzvü Daşqın Budayevin müqavimətini 1-ci raundda qırıb. 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov isə ikinci görüşündə uduzub. Uzun fasilədən sonra rinqə qayıdan Şahpələngov təcrübəli Elnur Əliyevlə mübarizədən məğlub ayrılıb – 0:3. Azərbaycan kubokunun gümüş mükafatçısı Ramal Aslanov (69 kq) növbəti mərhələyə vəsiqə qazanıb. “Gilan” klubunun üzvü öz komanda yoldaşı Pərviz Hüseynovdan üstün olub – 2:1. Bu çəki dərəcəsində qələbəyə namizədlərdən sayılan Elnur Süleymanov isə Əlixan Cəfərovu məğlub edib. Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) ilk görüşdə çətinlik çəkməyib. Milli komandamızın üzvü Ədalət Mollayevi 1-ci raundda texniki nokautla üstələyib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info