“Neftin qiyməti 100 dollara qədər artmayacaq”
Tarix: 12.01.2015 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


“Neftin bir barelinin qiyməti artıq heç vaxt 100 dollara qədər yüksəlməyəcək”. Bu barədə Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Talal Əl Saud “USA Today” nəşrinə müsahibəsində bildirib. “Neftin tədarükü hazırkı səviyyədə qalar, tələb isə bu cür zəif olarsa, ən yaxşı halda qiymətlərin düşməyə davam edəcəyinə hazırlaşmaq lazımdır. Tədarüklər azalarsa, tələb isə artarsa, qiymət yüksələ bilər. Lakin əminəm ki, biz artıq heç vaxt neftin 1 barelinin 100 dollar olacağını görməyəcəyik”, - deyə şahzadə qeyd edib. O, dünya bazarında təklifin həcminin azalması və qiymətlərin artmasına nail olmaq üçün iri neft istehsalçılarının hasilatın azalmasına dair razılığın əldə olunacağına şübhə ilə yanaşıb: “Bu, demək olar ki, mümkün deyil. Biz OPEC-ə üzv olan, həm də olmayan bütün ölkələrə güvənə bilmərik. 1980-ci və 1990-cı illərdə Səudiyyə Ərəbistanı hasilatın həcmini azaltdı. Amma qalan ölkələr bizi aldatdı və bazarın bizə məxsus olan bir hissəsini zəbt etdilər”. Şahzadə eyni zamanda neftin qiymətinin kəskin düşməsinin səbəblərini geosiyasi hadisələr və ABŞ, o cümlədən müttəfiqlərinin Rusiyaya təzyiq göstərmək məqsədilə irəli sürülən ehtimalları qətiyyətlə təkzib edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info