Şəkidə gənclər üçün yeni infrastruktur yaradılır
Tarix: 12.01.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq, Şəkidə gənclərin hərtərəfli inkişafına xidmət edəcək yeni infrastruktur yaradılır. Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şəki şəhərində inşa olunan Gənclər evi gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə geniş xidmətlərin göstərilməsini təmin edəcək. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili və ahəngdar inkişafı üçün hər cür şərait yaradılacaq.
Tikinti işlərini yerinə yetirən “Bakinşaat GROUP” MMC-nin iş icraçısı Sabir Məmmədov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən binanın tikintisinə ötən ilin aprelində başlanılıb. Üçmərtəbəli binanın zirzəmi hissəsində fitnes klub, masa üstü oyun otaqları, bilyard zalı fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində internet-kafe, kafe-bar, xidməti və iş otaqları yerləşəcək. Bu mərtəbədə, həmçinin qonaqların qalması üçün otaqlar da nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində fəaliyyət göstərəcək dərnək, peşəyönümlü məsləhət otaqları, vətənpərvərlik klubu, kitabxana, emalatxana, bilavasitə gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bu mərtəbədə, həmçinin sərgi zalı və sosial-psixoloji reabilitasiya xidməti otaqları da fəaliyyət göstərəcək.
Binanın üçüncü mərtəbəsindəki 166 yerlik konfrans zalında, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bu mərtəbədə, həmçinin bufet və toplantı zalları yerləşəcək. Gənclər evinin 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info