“2014-cü ildə Azərbaycan jurnalistlərinin maddi gəlirlərində artım olub”
Tarix: 12.01.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2014-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2014-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 25 ümumrespublika yayımlı qəzet, 5 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 10 həftəlik qəzet (7 regional, 3 ümumrespublika yayımlı), 5 televiziya (3 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, onları daha çox qayğılandıran problemlər barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda: İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 97 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Bu, ötən illə müqayisədə 2 faiz irəliləyiş deməkdir. Amma müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi problemi ötən illərdə olduğu kimi qalır. Orta hesabla, əksər redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanır, təqribən 40 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar. 2014-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməklə əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi isə bu sahədə son illərin ən uğurlu addımlarından biri kimi qeyd edilə bilər. Əmək Məcəlləsinə edilən bu dəyişiklik imkan verəcək ki, işçi çalışdığı müəssisənin onun əmək hüquqlarını nə dərəcədə təmin etməsi barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin, öz əmək hüquqlarını müdafiə edə bilsin.
- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi 2014-cü ildə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əməkhaqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
- Tibbi sığortanın tətbiq edilməsi təcrübəsi isə yoxdur və ya minimum səviyyədədir, 2 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə əhəmiyyətli artım müşahidə edilib: Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarında olub (sorğu iştirakçılarının 93 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (2 faiz) 350-450 manat, qalanları isə (5 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə artım simvolik olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir. Regionlarda: Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-250 manatla ifadə olunur. Regional televiziyalarda çalışan jurnalistlərin və mərkəzi TV-lərin regional təmsilçilərinin aylıq gəlirləri isə 250-400 manat aralığında dəyişir.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycanda yaşayış minimumu 125 manat müəyyən edilmişdi. Sorğu iştirakçıları 2014-cü ildə jurnalistlərin sosial durumlarına müsbət təsir edən amillər barədə də fikirlərini bildiriblər: Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin sosial durumlarına müsbət təsir göstərən amillər sırasında qeyd edilib. Məlumat üçün bildirək ki, 2014-ci ildə təqribən 336 nəfər jurnalist KİVDF-nin təşkil etdiyi müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər. Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2011-2012-ci illərdən başlayan bu tendensiya 2014-cü ildə də davam edib. Azərbaycan Respublikası Prezidentinin il ərzində imzaladı əfv sərəncamlarında jurnalistlərə də yer verilməsi media təmsilçilərinin rəğbətini qazanan amillər sırasında qeyd edilir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info