“Rusiya NATO və Amerika ağalığına son qoya bilər”
Tarix: 13.01.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Avropa tənəzzül dövrünə qədəm qoyarsa, bütün Qərb bankları
“kağızdan düzəldilmiş evciklər” kimi bir gecədə dağıla bilər”

Prezident Reyqanın məsləhətçilərindən biri olmuş amerikalı iqtisadçı Pol Kreyq Robertsə görə, Moskvanın Qərb üzərində qələbə qazanması üçün NATO ölkələrinə enerji satmaqdan imtina etməsi kifayətdir. Onun iddialarına əsasən, Qərbin aparıcı dövlətlərinin hazırda Rusiyada yaşananlara sevinməsi hələ çox erkəndir:
“Bu gün yayılan xəbərlərdə bəziləri çoşqun sevinclə “nəhayət ki, Rusiya torpaq altına gömülür”, “Rusiya üzərində qələbə çalındı”, “Rusiya artıq sındırıldı və onun Amerikanın vassalı olmaqdan başqa bir yolu qalmayıb” deyə bəyan edirlər. Bütün bu ağılsız fikirləri eşidərkən, məndə bəzi insanların niyə belə məntiqsiz düşünmələri barədə qəribə təəssüratlar yaranır. Təəssüflər ki, belə düşünən şəxslər Vaşinqtonda da kifayət qədərdir”. “King World News” nəşrinə müsahibə verən amerikalı iqtisadçıya görə, Rusiya hökuməti günü sabah Avropa bank sistemini iflic vəziyyətinə sala bilər: “Əgər Rusiya rubla qarşı hücumların siyasi xarakter daşıdığını elan edərək, Avropa banklarına pul köçürmələrini rublun sabitləşməsindən sonra edəcəyini deyərək dayandırsa, Avropa Birliyinin bir çox bankı iflic ola bilər. Avropanın bir çox bankının əsas kapitalını Rusiya kreditləri təşkil edir. Siz təsəvvür edə bilərsinizmi, bunun təsiri Qərbə necə böyük ola bilər? Etiraf etmək lazımdır ki, bunlar bir-biri ilə əlaqəlidir. Sonda bütün bunlar Amerika investisiya bankı “Lehman Brothers”in iflası dövründə olduğu kimi, ABŞ-dan da yan keçməyəcək. Ona görə də başa düşmək lazımdır ki, Avropa tənəzzül dövrünə qədəm qoyarsa, bütün Qərb bankları “kağızdan düzəldilmiş evciklər” kimi bir gecədə dağıla bilər. Əgər Rusiya son həddə qədər özündən çıxmaq dərəcəsinə gətirilərsə, ona yalnız “NATO ölkələrinə təbii qaz və enerji məhsulları satmırıq” demək qalacaq. Bunun nəticəsi alyansın dağılması ola bilər. Hətta Almaniya kimi “oyuncaq dövlət” sənayesinin dayanmasına, işsizliyin 40 faizdən çox artmasına və nəhayət insanların soyuqdan donmasına imkan verməz. Bu, hələ ki, baş verməyib və əgər baş versə, NATO və Amerika ağalığının sonu olacaq”. Roberts bunları əminliklə bəyan edir və xatırladır ki, bütün kartlar Vaşinqtonun yox, Putinin əlindədir: “Putin Rusiyanı Şərqə yönəltmək niyyətindədir. Hamı görəcək ki, Rusiya, Hindistan və Çin necə dünya liderinə çevrilirlər”. İqtisadçının ehtimallarına görə, bütün bunlar 2015-ci ildən öz həllini tapmağa başlayacaq.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info