Dekabrda dövlət sərhədini pozmuş 35 nəfər saxlanılıb
Tarix: 13.01.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Ötən ilin dekabr ayında Azərbaycan sərhədçiləri tərəfindən dövlət sərhədini pozduqlarına görə 28 halda 35 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Saxlanılanların 20 nəfəri Azərbaycan, 3 nəfəri İran, 3 nəfəri Türkiyə, 3 nəfəri Qırğızıstan, 2 nəfəri Özbəkistan, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan, Rusiya, Gürcüstan və Moldova vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 9 nəfər, Xəzər dənizində 6 halda 9 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 252 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 28 kiloqram 215 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dekabr ayının 6-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində «VAZ-2106» markalı Az 44-BN-668 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı 10 kiloqram tiryək, 1 kiloqram heroin aşkar olunub. Dekabr ayının 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz kisədə 7 kiloqram 800 qram marixuana aşkarlanaraq götürülüb. Dekabr ayının 7-də İrandan Azərbaycana gələrkən «Astara» sərhəd nəzarəti məntəqəsində Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Emin Tofiq oğlunun bədəninin daxili orqanında gizlətdiyi 111 qram heroin, dekabrın 9-da İrandan Azərbaycana gələrkən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsində Salyan rayon sakinləri, 1983-cü il təvəllüdlü Şahsuvarova Səyyarə Elxan qızının bədə¬ninin daxili orqanında gizlətdiyi 180 qram heroin, 1959-cu il təvəllüdlü Şahsuvarova Fəridə Məmməd qızının bədəninin daxili orqanında gizlətdiyi 259 qram heroin, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Rasim Elşad oğlunun kəmərinin altında gizlətdiyi 236 qram tiryək aşkar olunaraq götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 846 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 6 ədəd pnevmatik tapança, 20 ədəd pnevmatik patron, 6 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 180 ədəd qabyuyan maşın, 188 ədəd mobil telefon, 36936 ədəd pirotexniki vasitə, 76 ədəd fişəng, 1392 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info