“Bəzi xarici telekanallarda SSRİ dövrünün təriflənməsi nəzərə çarpır”
Tarix: 13.01.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq”.
“12news.uz”un xəbərinə görə, bu bəyanatla Özbəkistan prezidenti İslam Kərimov ölkənin yeni seçilmiş parlamentinin aşağı palatasının ilk iclasında çıxış edib.
Onun sözlərinə görə, hazırda bəzi ölkələrdə ittifaq dövlətinin keçmiş sovet sisteminə qayıdış cəhdləri müşahidə olunur: “Bəzi xarici telekanallarda Lenin və Stalin çağlarının, SSRİ dövrünün təriflənməsi nəzərə çarpır. Biz bu cür yanaşmanı qəbul edə bilmərik. Bizim xalqın istəklərinə cavab verən öz yolumuz var. Bir daha qeyd etmək istəyirəm ki, bu cür keçmişə qayıdış olmayacaq”.
İ.Kərimov Özbəkistanın Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmayacağını, eləcə də hərbi-siyasi bloklara üzv olmayacağını bəyan edib: “Özbəkistan ərazisində hərbi baza və obyektlər də yerləşdirilməyəcək. Bunu 2012-ci ildə qəbul edilmiş ölkənin xarici siyasət fəaliyyətinin konsepsiyası da diktə edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib
22.04.2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info