Metropolitençilər Kanadada təlim keçirlər
Tarix: 13.01.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzinin ilk müdavimləri artıq Kanadanın Toronto şəhərindədirlər.
QSC-dən daxil olan məlumata görə, 6 nəfərdən ibarət metropolitençi mütəxəssis heyəti Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Kanada”da 3 həftəlik təcrübə keçəcəklər.
Məlumat üçün qeyd edək ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq Bənövşəyi xəttə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə ilk tədris “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində aparılıb. Fransız mütəxəssislərin iştirakı ilə aparılan kurslar daha sonra İstanbulda davam etdirilib. Türkiyədəki 3 həftəlik tədrisdən sonra metropolitençilər indiyə qədər yiyələndikləri təcrübələrinin Torontoda əyani tətbiqini həyata keçirəcəklər.
Bununla da, 3 mərhələdən ibarət tədris prosesi başa çatdırılacaq. Kurslarda əldə edilən biliklərdən metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info