Qaçaqmalçılıqla xeyli miqdarda spirtli içki gətirilməsinin qarşısı alınıb
Tarix: 13.01.2015 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Gömrük orqanları qaçaqmalçılıq yolu ilə xeyli miqdarda spirtli içki və narkotik maddənin ölkəmizə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Mahir Yolçuyevin idarə etdiyi “VAZ-21065” markalı, “10-SK-976” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşən Raqif Cəfərova məxsus Gürcüstanın aksiz markası ilə markalanmış xeyli miqdarda araq aşkar olunaraq protokol əsasında götürülüb.
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıblar. İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycana gələn Fazil Sadıqovun idarə etdiyi “Kamaz-5320” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Avtomobilin qoşqusunun alt tərəfindən çəkisi 665 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info