“Azərbaycan dünya sivilizasiyası tarixində xüsusi rol oynayır”
Tarix: 13.01.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan yalnız zəngin tarixi ilə deyil, eyni zamanda, sürətli inkişafı ilə bizi heyran etdi”.
Bu sözləri “AzərTAc”ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Çiba Ticarət Universitetinin rektoru, professor Haruo Şimada deyib. Ötən ilin iyulunda bir qrup yapon iş adamı ilə Azərbaycana səfəri barədə məlumat verən H.Şimada qeyd edib ki, nümayəndə heyətinin tərkibinə daxil olan 14 nəfər gənc biznesmen gələcəkdə Yaponiyada biznes mühitinin formalaşmasında mühüm rol oynayacaq şəxslərdir.
Rəhbərlik etdiyi “Şimada klubu” haqqında məlumat verən professor qeyd edib ki, klubun əsas vəzifəsi dünya ölkələrinin mədəniyyətinin, iqtisadiyyatının və digər özünəməxsus xüsusiyyətlərinin öyrənilməsidir. Azərbaycanın zəngin tarixə, mühüm geostrateji mövqeyə malik olduğunu və hazırda dinamik inkişafa etdiyini vurğulayan H.Şimada məhz bu cəhətləri ilə ölkəmizin klub üzvlərinin diqqətini cəlb etdiyini bildirib. Azərbaycanın tarix boyu məruz qaldığı istilalar nəticəsində xalqımızın çox əzablı yol keçdiyini qeyd edən professor məhz müstəqilliyi bərpa etdikdən sonra ölkəmizin necə irəlilədiyini görmək marağında olduqlarını söyləyib. Səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Yaponiyadakı səfirliyinə minnətdarlığını bildirən H.Şimada ölkəmizin həm mədəni inkişafı, həm zəngin mətbəxi, həm də insanların səmimi qonaqpərvərliyi ilə onlarda xoş təəssüratlar yaratdığını deyib: “Azərbaycanın zəngin potensialını öyrənmək marağı məhz bizi bu ölkəyə səfərə təhrik etdi”.
Azərbaycana səfər ərəfəsində ölkəmiz haqda 10-a yaxın kitab oxuduğunu diqqətə çatdıran professor bildirib ki, əldə etdiyi məlumatlar ölkəmizin zəngin tarixə malik olduğunu təsdiqləyir. XX əsrin sonlarında süni şəkildə yaradılmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Şimada bu ərazinin qədim Azərbaycan torpağı olduğunu, ermənilərin sonradan bu əraziyə köçürüldüyünü vurğulayıb.
Azərbaycan xalqının gələcəyə böyük inamla baxdığını qeyd edən professor bunun yapon iş adamlarına çox xoş təsir bağışladığını bildirib: “Azərbaycan xalqı ona məxsus olan milli qürur hissini itirməyib və bu, mənim fikrimcə hər bir millətin inkişafı üçün ən önəmli amillərdən biridir. Azərbaycan dünya sivilizasiyası tarixində xüsusi rol oynamaqla yanaşı, bu gün də görünməmiş sürətlə inkişaf edir. Bizimlə birlikdə 10 il bundan əvvəl Azərbaycanda olmuş bir yapon iş adamı da getmişdi. O deyirdi ki, indiki Bakı ilə 10 il bundan əvvəlki şəhər arasında inanılmaz fərqlər var. Bu fərqlər insanı heyrətə gətirir. Mənə isə Bakı daha çox Parisi xatırlatdı”.
Professor qeyd edib ki, Azərbaycanda onları heyran edən cəhətlərdən biri də qarşılaşdıqları insanların ingilis dilində çox sərbəst danışmasıdır. O, bunun çox təəccüb doğurduğunu bildirib: “Azərbaycanda dövlət dili Azərbaycan dilidir və uzun müddət Rusiya ilə əlaqələriniz olduğuna görə, burada insanlar həmin dildə çox sərbəst danışırlar. Lakin bizi ən çox heyrətləndirən qarşılaşdığımız insanların həm də ingilis dilində rahat danışmaları oldu. Təəssüf ki, Yaponiyada belə hallarla rastlaşmaq mümkün deyil. Bizim ABŞ-ın ən böyük müttəfiqlərindən biri olmağımıza baxmayaraq, heç də rəhbər vəzifə tutan insanlar öz fikirlərini sizdəki kimi ingilis dilində sərbəst ifadə edə bilmirlər. Bizim iş adamları sizin bu təcrübədən faydalanmalıdırlar”.
Azərbaycanda sürətli inkişafın şahidi olduğunu qeyd edən H.Şimada ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə edilən gəliri ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəltməsini çox yüksək qiymətləndirib: ”Çox yaxşı haldır ki, Azərbaycan rəhbərliyi neft yataqlarının əbədi olmadığını anlayaraq, ölkə iqtisadiyyatında digər sahələrin – sənaye, kənd təsərrüfatı, turizm, kosmik tədqiqatlar, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Yeri gəlmişkən mən yapon milli mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsində göstərdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Bu Yaponiyada kənd təsərrüfatının, balıqçılığın inkişafına mühüm töhfələr verəcək”.
Azərbaycanın perspektivlərinə inandığını vurğulayan professor xalqımızın daha böyük uğurlara imza atacağına əmin olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info