Möhsün Pakayin: “Azərbaycanlı turistlərin İrana böyük axını gözlənilir”
Tarix: 13.01.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


2015-ci ilin birinci rübündə İranın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfəri nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
“2015-ci ildə böyük səfərlərin şahidi olacağıq. Misal üçün, 21-22 yanvarda İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur Azərbaycana səfər edəcək. Yanvarın 26-da isə İranın iqtisadi inkişaf və maliyə naziri Əli Tayebniyənin Bakıya səfəri gözlənilir”, - deyə M.Pakayin qeyd edib.
Bundan başqa, diplomatın sözlərinə görə, cari ilin fevral ayında Azərbaycan və İranın digər nazirlərinin görüşləri də nəzərdə tutulub.
“O cümlədən fevralda Gəncə və Təbriz şəhərlərinin başçılarının görüşü nəzərdə tutulub”, - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, tərəflər 2015-ci ildə yükdaşımalar, ticarət və energetika sahələrini inkişaf etdirmək niyyətindədirlər.
M.Pakayin, həmçinin bildirib ki, bu il azərbaycanlı turistlərin İrana böyük axını gözlənilir.
“Statistikaya əsasən, Azərbaycandan İrana hər il 1 mln. turist səfər edir və bizim nəticələrimiz göstərir ki, bu il bu rəqəm 1,5 mln. nəfərə qədər artacaq”, - deyə M.Pakayin vurğulayıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2020
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
20.10.2020
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
20.10.2020
Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib
20.10.2020
Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərmədi
20.10.2020
Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularla zənginləşdirir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info