Neftin ucuzlaşması ABŞ-ı “vurdu”-Banklar defolta hazırlaşır
Tarix: 13.01.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Neftin dünya bazarındakı qiymətlərinin enməsi ilə bir vaxtda ABŞ bankları neft kompaniyalarının iflasına hazırlaşır.
”Vestifinance.ru” saytı xəbər verir ki, Ohayo və Pensilvaniya neftayırma zavodlarında baş verən yanğın da neft qiymətlərinə əlavə təzyiq göstərir.
Goldman Sachs analitikləri yaxın üç ay ərzində neftin barrelinin proqnozlarını 80 dollardan 42 dollara endiriblər. Bununla belə, onlar 2015-ci ilin ilk yarısında neftin qiymətinin 40 dollar səviyyəsində qalacağını qeyd edirlər.
Neft kompaniyalarının və hasilatçı ölkələrin ümidləri isə OPEC-in enən qiymətlərə cavabı ilə bağlıdır. Lakin dünyada ən iri neft ixracatçısı Səudiyyə Ərəbistanı təşkilatın digər üzvlərinin təşəbbüslərini cavabsız qoyaraq artıq növbəti dəfə hasilatın azaldılmasını dəstəkləməyəcəyini bildirir.
Ənənəvi iri Amerika bankları ölkənin enerji sahəsi ilə sıx bağlıdır. Bu da uzun müddət onlardan kredit alan kompaniyaların və şəxslərin siyahısını genişləndirməyə can atan banklar üçün sərfəli olub. Lakin neft qiymətlərinin kəskin, güclü və uzunmüddətli enməsi bəzi energetika kompaniyalarına borclarını qaytarmaqda problemlər yaradıb. Bu da iflas riskini xeyli artırır.
Enerji sektorunda genişmiqyaslı böhran üçün müəyyən qədər vaxt keçməlidir. Buna baxmayaraq, bank sektorunda energetik bumun yaxın vaxtlarda sona yetəcəyi artıq indidən aydın görünür.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info