Fransada islamofobiya kəskin şəkildə artdı
Tarix: 13.01.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Satirik “Charlie Hebdo” həftəlik nəşrinin redaksiyasında törədilmiş terror aktından sonra Avropada müsəlmanlara hücum hallarının sayı kəskin artıb. Son dörd gündə təkcə Fransada müsəlmanlara qarşı 50-dən çox təcavüz hadisəsi qeydə alınıb. Müsəlmanlar 21 dəfə hücumların (o cümlədən odlu silahdan istifadə edilməklə) qurbanı olub, 33 dəfə təhdid və təhqirlərə məruz qalıblar.
Fransa Müsəlmanları Şurası yanında “l`Observatoire national contre l`islamophobie”nın prezidenti Abdulla Zəkri xüsusi vurğulayıb ki, Parisdə və onun ətraf rayonlarında baş vermiş insidentlər, o cümlədən Puatyedə məscid tikilən ərazidə yanğın hadisəsi statistik məlumatlarda nəzərə alınmayıb.
Fransada islamofobiyanın bu cür kəskin artmasından heyrətləndiyini bildirən Zəkri xatırladıb ki, hələ bazar günü müsəlmanlar həmin terror aktının qurbanlarının xatirəsinə həsr edilmiş yürüş çərçivəsində Fransa küçələrində başqaları ilə bərabər addımlayır və terrorizmi qeyd-şərtsiz pisləyirdilər.
Zəkri qeyd edib ki, həftəlik “Charlie Hebdo” nəşrinin redaksiyasına hücuma qədər müsəlmanlara qarşı təcavüzkar hərəkətlərin sayı azalmaqda idi. Belə ki, 2014-cü ilin ilk doqquz ayı ərzində Fransada müsəlmanlara qarşı 110 təcavüz halı qeydə alınıb. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisinin təxminən üçdə bir hissəsi qədər azdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İranda “Baver 373“ hava hücumundan müdafiə sisteminin təqdimatı keçirildi
22.08.2019
ABŞ bu qərarı ləğv etməzsə, Çin tərəfindən sanksiya başlayacaq
22.08.2019
İrandan Avropa İttifaqına xəbərdarlıq
22.08.2019
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi
22.08.2019
İslam Əməkdaşlıq Təşkilatı Qüdsün Fələstinin paytaxtı olduğunu vurğuladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info