“Çexiyanın Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq””
Tarix: 13.01.2015 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Roza Şəfiyeva:“Artıq 3 ildir ki, tələbələrimiz Çexiya Respublikasının universitetlərində təhsil alırlar. Bundan əlavə tələbələrimizə çex dili üzrə də kurslar da keçilir

Müsahibimiz Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti Mərkəzinin müdiri, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Şəfiyeva Roza Şakir qızıdır:

- Roza xanım, Çex Dili və Mədəniyyət Mərkəzinin fəaliyyəti son dövrlərdə hansı işlərə imza atıb?
- Bizim mərkəzimiz 2010-cu il oktyabrın 13-də yaranıb. Çex Dili və Mədəniyyəti Mərkəzi universitetimizdə yaranan sonuncu mərkəzdir. Çexiya səfirliyinin dəstəyi və professor Kamal Abdullayevin Bakı Slavyan Universitetində rektorluq etdiyi zaman, onun təşəbbüsü ilə bu mərkəz yaradılıb. Açılış zamanı professor Kamal Abdullayev və Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula və səfirliyin digər nümayəndələri də iştirak edirdilər.
Çexiya Respublikasının o zamankı Prezidenti Vatslav Klaus Mərkəzin və universitetin qonağı olub. Daha sonra Çexiya Respublikası Parlamentinin nümayəndəsi, senator Martin Tesarjik, Parlamentin vitse-spikeri, Çexiya Respublikasının bir çox universitetlərinin nümayəndələri, görkəmli incəsənət xadimləri, Çexiya Respublikasının mədəniyyət naziri də mərkəzimizin fəxri qonaqları sırasındadır.
- Mərkəzdə hansı istiqamətlərdə daha çox işlər görülür?
- Mərkəzimiz fəaliyyətə başladığı ilk gündən Çexiya Respublikasının dövlət universitetləri ilə sıx əlaqələr yaratdı. Bir neçə universitetlərlə əməkdaşlıq haqqında müqavilələr bağladıq. Bu müqavilələr əsasında artıq 3 ildir ki, tələbələrimiz Çexiya Respublikasının universitetlərində təhsil alırlar. Bundan əlavə tələbələrimizə çex dili üzrə də kurslar keçilir. Bunlar da müqavilə əsasında baş verir. Bundan başqa bu il professor Kamal Abdullayevin tapşırığı ilə mən, Azərbaycan multikulturalizmi fənnini tədris planına salmaq üçün Çexiya Respublikasına Karlov Universitetinə getdim. Orada danışıqlar aparıldıqdan sonra müsbət cavab da alınıb. İnşallah, gələn tədris ilində Çexiya Respublikasının Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq.
Fəaliyyətimizdə daha çox təhsil sahəsi üzrə işlər görülür. Biz çalışırıq ki, Bakı Slavyan Universiteti Çex Dili və Mədəniyyəti Mərkəzində təhsil alan bütün tələbələr Çexiya Respublikasına səfər etsinlər. Çex dili və mədəniyyəti haqqında daha mükəmməl biliyə və dünyagörüşünə sahib olsunlar. Bundan əlavə, çex dili üzrə bakalavr pilləsini bitirən 3 tələbəmiz, Çexiya Respublikasının müxtəlif universitetlərində magistr pilləsində təhsil alırlar.
- Çex mədəniyyətinin Azərbaycanda tanınması üçün hansı işlər aparılır?
- Çex Dili və Mədəniyyəti Mərkəzində təhsil istiqaməti ilə yanaşı, Çexiya Respublikasının mədəniyyətini öyrənmək və təbliği istiqamətində də işlər aparılır. Həmçinin, Azərbaycan mədəniyyətinin Çexiya Respublikasında təbliği ilə də fəaliyyətimizi davam etdiririk. Məsələn, keçirdiyimiz tədbirlərdə Çexiya mədəniyyətinə aid müxtəlif sərgilər də təşkil edirik.
- Mərkəzdə təhsil alan tələbələrin inkişafını necə görürsünüz?
- Mərkəzdə çex dili üzrə təhsil alan tələbələrimiz böyük həvəslə tədrisə yanaşırlar. Həm çex dilinə, həm də Çexiya Respublikasına və mədəniyyətinə tələbələrimiz böyük maraq göstərirlər. Onlar çalışırlar ki, bu dili daha tez və səlis öyrənsinlər. Çexiya Respublikasına gedib, müxtəlif təcrübələrdən yararlanıb, karyeralarını yüksək səviyyədə qursunlar.
- Tələbələrin Çex mədəniyyətinə baxışlarını necə qiymətləndirirsiniz?
- Mən deməzdim ki, tələbələr çex mədəniyyətini bir çox dünya xalqlarından ayırırlar. Çünki, Çexiya Respublikası da Avropaya daxildir. Yəni, çex mədəniyyətini ümumi Avropa mədəniyyətindən ayırmırlar.
Şübhəsiz ki, Çex mədəniyyəti Azərbaycan mədəniyyətindən fərqlidir. Lakin, gənclərimizi maraqlandıran, diqqətlərini cəlb edən mədəniyyətdir. Bu sahədə də tələbələrimiz böyük fəallıq göstərirlər. Çexiya mədəniyyətini dərindən öyrənirlər. Rəhbər olaraq, bu məni çox sevindirir və tələbələrimizin inkişafını da yüksək qiymətləndirirəm.
- Azərbaycan dili və çex dili arasında oxşar və fərqli cəhətlər araşdırılırmı?
- Fikrimi belə izah edərdim ki, Azərbaycan dili və çex dili tam fərqli dil qruplarına aiddir. Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri qurpuna, çex dili isə slavyan dilləri qurpuna daxildir. Ümumiyyətlə, dil strukturu, dil quruluşu tamamilə fərlidir. Öz təcrübəmdən deyə bilərəm ki, rus dili slavyan dili olduğu üçün çex dilini öyrənməyə imkan verir. Amma bəzən isə elə nüanslar olur ki, mövzunu yaxşı mənimsəməsi üçün Azərbaycan dili daha yaxşı kömək edir.
- Siz də, Çexiya Respublikasında təhsil alan gənclərimizdən biri olmusunuz. Bu gün Çexiya Respublikasında təhsil alan gənclərin əsas mövqeyi nədən ibarətdir?
- Onların əsas mövqeyi, əlbəttə ki, güclü təhsil almaqdır. Mən Çexiyada yaşayan azərbaycanlılar tanıyıram ki, Azərbaycanın bütün sahələrdə təbliği üçün ictimai həyatda yaxından iştirak edirlər. Məsələn, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Çexiya Respublikasında “Azərbaycan geologiya elmi Çexiyada” adlı sərgi təşkil olundu. Mən bu sərgidə iştirak etdim. Sərgidə Azərbaycan elminə, mədəniyyətinə böyük diqqəti görürdüm. Bu, sözsüz ki, təqdirəlayiqdir.
- 2015-ci il üçün hansı işlər görmək istəyirsiniz?
- İlk növbədə Çexiya Respublikasının müqavilə bağladığımız dövlət universitetlərinin siyahısını artıraq. Daha sonra düşünürük ki, iki dövlətin rəssamlarının sərgilərini qarşılıqlı təşkil edək. Azərbaycan rəssamlarının sərgilərini Çexiya Respublikasında, çex rəssamlarının sərgilərini Azərbaycanda keçirək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info