Kriştiano Ronaldo ilin ən yaxşı futbolçusu seçilib
Tarix: 13.01.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


FIFA yola saldığımız 2014-cü ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Portuqaliya millisinin və Madridin “Real” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top”un sahibi olub. K.Ronaldo bu mükafata artıq üçüncü dəfə layiq
görülür.

O, daha əvvəl 2008-ci və 2013-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. Qadınlar arasında ilin ən yaxşı futbolçusu Nadin Kessler (Almaniya, “Volfsburq”), kişilər arasında ilin ən yaxşı baş məşqçisi Yoahim Löv (Almaniya millisi), qadınlar arasında ilin ən yaxşı baş məşqçisi Ralf Kellermann (Almaniya, “Volfsburq”) olublar.
Tədbirdə, həmçinin ilin rəmzi komandası da seçilib. Manuel Noyer, Filip Lam, Serxio Ramos, David Luiz, Tyago Silva, Anxel Di Maria, Andreas İniesta, Toni Kroos, Leonel Messi, Kriştiano Ronaldo, Arien Robben rəmzi komandada yer alıblar. Əfsanəvi macarıstanlı hücumçu Ferens Puşkaş adına “İlin ən gözəl qolu” mükafatına kolumbiyalı Xames Rodriqes sahib olub.
“FIFA prezidentinin mükafatı”na əfsanəvi yapon futbolçusu Hiroşi Kaqava, “Fair Play” mükafatına isə FIFA könüllüləri layiq görülüb. Xatırladaq ki, “Qızıl top”a sahib olmaq üçün K.Ronaldo ilə yanaşı, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyer də mübarizə aparırdı. L.Messi bu mükafatı dörd dəfə - 2009-cu, 2010-cu, 2011-ci, 2012-ci illərdə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info