“Rabitə” bütün rəqiblərini qabaqladı
Tarix: 13.01.2015 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


“Şağan Olimpiya Kompleksində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. “Rabitə”nin 6, “Gilan” klubunun isə 5 nümayəndəsi həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb. Salman Əlizadə 49 kq çəki dərəcəsində əsas favoritlərdən olduğunu bir daha sübut edib. Avropa çempionu finalda qələbə qazanaraq, yenidən 1-ci nömrə kimi özünü təsdiqləməyə çalışacaq. Onun rəqibi isə Hacıbaba Fərziyev olacaq.
Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə də finala yüksəlib. O, həlledici görüşdə milli komandamızın üzvü Araz İmaməliyevlə qarşılaşacaq.
Uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfov da finala kimi irəliləyə bilib. Azərbaycan çempionatının tapıntılarından biri Tayfur Əliyev təcrübəli boksçunu büdrətməyə çalışacaq. 64 kq çəki dərəcəsində Lənkəran boksçusu Xəzər Əliyevin finala kimi irəliləməsi gözlənilməz nəticələrdəndi. Qızıl medal uğrunda görüşdə onu təcrübəli Elnur Əliyev gözləyir.
“Baku Fires”i “Gilan” klubuna dəyişən Xaybulla Musalov da finaldadı. O, ötən ilin Azərbaycan çempionu titulunu qorumaq üçün Kamran Şahsuvarlını məğlub etməlidir. 81 kq çəki dərəcəsində boks həvəskarları yenə də Vətən Hüseynli - Rauf Rəhimov duelinin şahidi olacaqlar. Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov finalda gənc Rahil Məmmədli ilə qarşılaşacaq. Superağır çəki dərəcəsində isə həlledici görüşdə Kamran Mehdiyevlə Asəf Aslanlı döyüşəcək.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info