“Kənd təsərrüfatı ili”ndə yeni layihələr həyata keçirilməlidir”
Tarix: 13.01.2015 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Rauf Sultanov: “Ekoloji problemlərin həllində biznesin fəaliyyəti olduqca vacibdir. Ona görə də əhalinin biznesi ekoloji layihələrə yönəldilməlidir”
Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan ölkə başçısı ekologiya ilə bağlı məsələlərin prioritet olaraq qaldığını bildirib. Bu istiqamətdə mövcud vəziyyət və həlli vacib məsələlərlə bağlı müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru, biologiya elmləri doktoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ekoloji sahədə müəyyən məsələlərə toxundu. Bunlardan biri də ölkədə yaşıllıqların qorunması və onların salınması, idarə olunması prosesidir. Son illər bu istiqamətdə çox böyük işlər görülüb. Xüsusilə IDEA İctimai birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Bakı və bölgələrdə yaşıllıqlar salınıb. Təsadüfi deyil ki, ölkəmizdə meşə fondu son illərdə 0,5 faiz artıb ki, bu da dünya miqyasında böyük rəqəmlərdən biridir. Ekologiya ancaq ağac əkməklə deyil, əhalinin səhhətini qorumaq, gigiyenik qaydalara əməl edilməsi də mühüm tədbirlərdən biridir. Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir. Yüksək texnologiyalar ölkəmizə gətirilərək istifadə edilir. Bir məsələyə toxunmaq istərdim ki, bu, ekologiyanın mühüm məsələlərindən biridir. Belə ki, vaxtilə bizdə ət kombinatı vardı və burada 3 zavod fəaliyyət göstərirdi və bunlar mal-qaranın ilkin emalı zavodu, kolbasa zavodu və endokrin preparatları zavodu idi. Mal-qaranın ilkin emalı zavodunda hər il təxminən 2-3 minə qədər qaramal, 600-700 minə qədər qoyun kəsilirdi. Kəsilmiş mal-qara xüsusi nəzarət altında kəsilirdi. O vaxtkı, məlumatlara görə, kəsilmiş malın 8-10 faizi kəsim zamanı müəyyən xəstəliklərə yoluxublar ki, bunlara bruselyoz, exnakok, vərəm, serroz və s. aiddir. Bir çox ölkələrdə böyük ət kombinatları var və bunlar yüksək səviyyəli texnologiyalarla işləyirlər. Mal-qaranın ilkin emalı zavodunun tərkibində endokrin preparatları zavodu var idi. Burada insulin, sümüklərdən müəyyən bəzək alətləri hazırlanırdı, heyvanların gözündən müəyyən dərman preparatları hazırlanırdı. Halbuki hazırda həmin dərman preparatlarını daha baha qiymətə alıb istifadə edirik. Mal-qaranın kəsilməsi və onun emalı, ətin tədarükünə qədər olan proseslərdə müəyyən problemlər var. Bunlar ekoloji problemlərdir. Bazarlarda ətin tam nəzarət altında kəsilməsi sahəsində bəzi problemlər var ki, məhz bu baxımdan ölkədə belə böyük ət kombinatının fəaliyyət göstərməsinə ehtiyac var. Yaxud mal-qara kəsilərkən dəri tədarük olunaraq Türkiyəyə göndərilir. Ancaq vaxtilə gön-dərinin özümüz istehsal edirdik və böyük fabriklər vardı ki, ayaqqabı istehsal edirdi. Təəssüflər olsun ki, ucuz qiymətə dərini Türkiyəyə satırıq, ondan dəfələrlə baha qiymətə ayaqqabı alırıq. Ölkə başçısı iclasda məhz biznesin inkişaf etdirilməsi ilə bağlı müəyyən prinsipial məsələlərə toxundu. Bu ekoloji problemlərin həllində biznesin fəaliyyəti olduqca vacibdir. Qeyd etdiyim məsələlərin həlli ilə bağlı əhalini bu xəstəliklərə yoluxmanın qarşısını almaq olar. Vaxtilə xəstəlik aşkar olunan cəmdəklər toplanaraq xüsusi emal üçün Moskvaya göndərilirdi. Çünki xəstəlikləri törədən amillərin qarşısını almaq üçün oraya göndərilirdi. Bu gün ölkədə ət, süd istehsalı artıb və bu çox önəmlidir. Ancaq texnologiyaların tətbiq olunması mühüm əhəmiyyət kəsb edir. Ət dövlət müəssisələrinə, sanatoriyalara, uşaq bağçalarına verilir və əhali bilməlidir ki, ətin emalı prosesi necə gedir. Qida ekologiyası ilə əlaqədar olaraq, məsələn, regionlarda mal əti 6 manat, Bakıda 9 manatdır və onu elə təşkil etmək olar ki, 6 manata alıb xüsusi texnologiyalarla zavodlarda emal edib əhaliyə çatdırmaq olar. Yəni gigiyenik cəhətdən onların tənzimlənməsinə riayət edilməlidir. Bu gün dünyada bir nömrəli məsələ insanların sağlamlığı məsələsidir. Afrikada baş verən xəstəliklər, epidemiyalar gigiyenik qaydalara əməl etməmə, ekoloji mühitin sağlamlaşdırılmasına qarşı tədbirlərin aparılmamasının nəticəsidir. Ancaq inkişaf etmiş kapitalist ölkələrində belə problemlər yoxdur. Çünki orada sanitar-gigiyenik qaydalara riayət olunur. Azərbaycan son illər böyük vüsətlə inkişaf edir, ancaq Avropa səviyyəsinə qalxmaq üçün ekoloji şəraiti təmin etməliyik. Ona görə də əhalinin biznesi ekoloji layihələrə yönəldilməlidir. Turizmlə əlaqədar olaraq, Xəzər dənizi əsasında rekreasiya problemlərinin tətbiqi bu gün ölkəmiz üçün ən mühüm ekoloji problemlərdən biridir. Burada insanlar istirahət edir, həm yüksək gəlir əldə olunur, həm də ekoloji mühit sağlamlaşdırılır. Bu istiqamətdə ölkədə çox mühüm qərarlar qəbul olunub və onun tətbiqi vacibdir. Biznesin bu istiqamətdə yönəldilməsi, biznesin rentabelli olmasına gətirib çıxarır və ekoloji sağlamlaşdırmaya böyük təsir göstərir. Dünya miqyasında orta hesabla quru ərazinin 30 faizini meşəliklər təşkil edir, Azərbaycanda bu rəqəm 11-12 faizdir. Yəni ölkəmiz dünya miqyasında oksigen istehsal etmə qabiliyyəti ilə bağlı aşağı yerlərdən birini tutduğu üçün bu problem həll olunmalıdır. Yaşıllığın salınması yaşıl kütlənin əmələ gəlməsinə səbəb olur və bu əmələ gəldikdə heyvanların yemlənməsi, mikroorqanizmlərin əmələ gəlməsində iştirak, heyvanlar arasında ekoloji tarazlığın təmin edilməsinə imkan verir. Vaxtilə ölkədə yaşıllıqlar salınsa da pərakəndə idi. Ancaq son illər bu istiqamətdə Leyla Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı işlər görülür. Eləcə də ölkədə bu sahədə fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi var və bu nazirlik demək olar ki, ölkədə çox önəmli layihələrin həyata keçirilməsində iştirak edir. Ancaq bu da bir faktdır ki, nazirlik 100 dəfə artıq fəaliyyət göstərsə də ekoloji problemləri həll etmək qeyri-mümkündür. Bunun üçün əhali arasında maarifləndirmənin aparılması, ekoloji şüurun yaradılması, ekoloji biliklərin formalaşdırılması ekoloji problemlərin həllində böyük işlər görə bilər.
- Ölkə başçısının toxunduğu məsələlərdən biri də göllərin təmizlənməsi, neft və lay suları ilə çirklənmiş göllərin qurudulması ilə bağlı idi. Bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı nə deyərdiniz?
- Ölkədə ekoloji mühitin pozulmasında təsir göstərən amillərdən biri duzlu su mühitidir. Su qalığı Bakı şəhərinin ətrafında çoxdur. Bu istiqamətdə ölkədə dövlət səviyyəsində mühüm layihələr həyata keçirilir. Göllərin qurudulması, yaşıllıqların salınması ilə bağlı böyük işlər görülür. Bu, ölkədə ətraf mühitin sağlamlaşdırılması, müəyyən xəstəliklərin qarşısının alınmasında olduqca vacib addımlardan biridir. Dövlətimiz ölkədə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar olaraq Bakı şəhərinin görkəminin dəyişdirilməsi, həm sanitar, həm gigiyenik və həm də ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində olduqca böyük işlər görülür. Həmin gölməçələrin qurudulması vacib əhəmiyyət kəsb edir. Çünki mikroorqanizmlərin şirin sularda inkişafı nəticəsində 1 milyon dəfə artım prosesi gedir. Bu baxımdan həmin göllərin qurudulması çox əhəmiyyətlidir və dövlət tərəfindən çox yerində həyata keçirilən tədbirdir.
- İclasda həmçinin Bakıda son illərdə çoxsaylı ictimai yerlərin, parkların yaradılması ilə bağlı da məsələyə toxunuldu. Bir mütəxəssis kimi bu sahədə reallaşdırılan layihələri necə qiymətləndirirsiniz?
- Bakı şəhəri çoxmilyonlu əhalisi olan şəhərdir və burada əhalinin istirahəti, sağlamlığı üçün müəyyən tədbirlər görülür. Bu tədbirlərdən biri də parkların genişləndirilməsi, sahəsinin artırılmasıdır. Hazırda təxminən 30-40 km uzunluğunda dənizkənarı parkın yaradılması istiqamətində böyük işlər aparılır. Elə bir park yaradılır ki, bu park öz genişliyinə, uzunluğuna görə dünya miqyasında birinci park olacaq. Ginnesin “ Rekordlar” kitabına düşmək ərəfəsindədir. O parklar uşaqların, yaşlı insanların istirahəti üçün müəyyən mühit yaradır. Bu istiqamətdə nəinki, dənizkənarı parklarda, həmçinin şəhərin daxilində böyük parkların yaradılmasına fikir verilir. Məsələn, köhnə “Sovetskiy” adlanan yerdə evlərin yerində böyük bir parkın yaradılması mühüm məsələlərdən biridir. Bakının bütün rayonlarında bu istiqamətdə böyük işlər görülür. İdman komplekslərinin salınması, onların ətrafında yaşıllıqların, istirahət yerlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Təkcə Bakı deyil, elə bir rayon yoxdur ki, orada bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin şahidi olmayasan. Ekoloji mühitin sağlamlaşdırılmasında su məsələsi də mühüm rol oynayır. Ermənilər tərəfindən 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon əhali qaçqındır. Qaçqın və məcburi köçkün əhalinin ekoloji mühitinin sağlamlaşdırılması istiqamətində milyardlarla vəsait xərclənir. Ermənistanda və Gürcüstanda suyun çirklənməsi ekoloji mühitin pozulmasına gətirib çıxarır. Ona görə də əhalinin təmiz su ilə təmin olunması böyük əhəmiyyət kəsb edir. Son illər bu sahədə də mühüm işlər həyata keçirilir və əhalinin təmiz su ilə təminatı istiqamətində uğurlu layihələr reallaşdırılır.
- 2015-ci il ölkə başçısı tərəfindən “Kənd təsərrüfatı ili” elan edildi. Cari ildə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Müstəqil respublikamızda 20 il ərzində olduqca böyük işlər görülüb və artıq indi bu işlərin davam etdirilməsi üçün böyük layihələrin həyata keçirilməsi vacibdir. Prezidentin 2015-ci ili “Kənd təsərrüfatı ili” adlandırması bu sahənin inkişafına, dövlətin, hökumətin diqqət yetirməsinin amillərindən biridir. Dünya miqyasında ölkəmizi neft ölkəsi kimi tanıyırlar. Gəlirlərin əksəriyyətini neft və qazdan gələn gəlirlər təşkil edir. Həmin gəlirlər ölkənin gələcəyinə təminat verə bilmir. Ona görə də gəlirlərin kənd təsərrüfatının inkişafına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün doğrudan da kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülür ki, fermer təsərrüfatların yaradılması, yardımların verilməsi, kreditlərin aşağı salınması kimi tədbirlər bu sahənin inkişafına səbəb olacaq. Bir vaxtlar Azərbaycan istehsal etdiyi məhsulları xarici ölkəyə çıxara bilmirdi. Ancaq bu gün dünya miqyasında baş verən iqtisadi böhranlar kənd təsərrüfatı məhsullarına olan tələbatı artırır. Məsələn, Rusiya bazarlarına istədiyimiz qədər kənd təsərrüfatı məhsulu tədarük edib sata bilərik. Taxıla olan tələbatın ödənilməsi ilə bağlı ölkə başçısının taxılçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılması və digər məhsullara olan tələbatın ödənilməsi və artıq məhsulun ixrac edilməsi ilə bağlı kənd təsərrüfatı daha da inkişaf etdirilməlidir. Dünya əhalisinin sayı getdikcə artır və ərzaq, xüsusilə də kənd təsərrüfatı məhsullarına olan tələbat artır. Ölkəmizdə də əhalinin tələbatını ödəmək üçün kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm məsələdir. Bu istiqamətdə ölkə başçısının verdiyi tövsiyələr olduqca önəmlidir.
Yəqin ki, əlaqədar təşkilatlar “Kənd təsərrüfatı ili”ndə bu sahənin inkişafı istiqamətində yeni layihələr həyata keçirəcəklər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info